Bianka Mariya Sforza (; ) () — Milan hersoqu Qaleazzo Mariya Sforzanın qızı, Müqəddəs Roma imperatriçası. Bundan başqa, Savoyya hersoqu I Filibertlə baş tutan ilk evliliyi səbəbilə Savoyya hersoginyası ünvanı daşımışdır.
Həyatı 1472-ci ildə Paviyada dünyaya gəldi. Atası V Milan hersoqu Qaleazzo Mariya Sforza, anası isə Savoyya hersoqu Lüdovikin qızı Savoyyalı Bonadır. Adını ata-nənəsi Milan hersoginyası Bianka Mariya Vizkontidən almışdır. Hələ körpə yaşlarında - 6 yanvar 1474-cü ildə dayısı oğlu olan 11 yaşlı Savoyya hersoqu I Filibertlə nigahlandı. Formal olaraq bağlanan nigahın ardından Turin Kral sarayına göndərildi. İlk 2 il anası Savoyyalı Bona onu müşayiət etsə də, atasının 1476-cı ildə saray xadimləri tərəfindən tərtiblənən sui-qəsd nəticəsində öldürülməsinin ardından, anası taxta çıxan azyaşlı qardaşı Jan Qaleazzo Sforzaya naibə təyin edildi və bu səbəblə qızını Turində tək buraxaraq Milana döndü.
Formal bir evliliklə bir araya gətirilən bəy və gəlin yetkinlik yaşına çatmadan evlilik sonlandı. Belə ki, I Filibert hələ 17 yaşında ikən tutulduğu vərəm xəstəliyi səbəbilə vəfat etdi. Beləcə, hələ 10 yaşında ikən dul qalan Bianka Sforza yenidən Milana döndü. Ancaq burada vəziyyət dəyişmişdi. Belə ki, əmisi Lüdoviko Sforza siyasi nüfuz qazanmış, naibə olan anası Savoyyalı Bonanı vəzifədən uzaqlaşdıraraq Pyemont yaxınlığındakı qəsrlərdən birinə həbs etmişdi. Qardaşı Jan Qaleazzo Sforza isə formal hakim olsa da, göz həbsində saxlanılırdı. Bu səbəblə, əmisi dərhal onun yeni bir evliliklə Milandan göndərilməsini planlaşdırdı. 31 iyul 1485-ci ildə Macarıstan kralı I Matyaşın nigahdan kənar oğlu Con Korvinusla nişanlandırıldı. Cütlüyün evlilik sazişi 25 noyabr 1487-ci ildə imzalansa da, Macarıstan kraliçası Beatris buna mane oldu və cütlük heç vaxt evlənmədi. 1492-ci ilin martında onun Şotlandiya kralı IV Ceymslə evlənməsi müzakirə edilsə də, bu plan da reallaşmadı.
Nəhayət, 16 mart 1494-cü ildə dul Almaniya kralı I Maksimilyanla evləndirildi. Ancaq evliliklərində xoşbəxt deyildilər. Kralın ilk evliliyindən doğulan övladları Filipp və Marqaritanın təlim-tərbiyəsi ilə məşğul oldu. Ərinin 1508-ci ildə Müqəddəs Roma imperatoru seçilməsinin ardından, Bianka Mariya Sforza da imperatriça ünvanı aldı.
31 dekabr 1510-cu ildə İnsbrukda vəfat etdi. Ancaq əri onun cənazə mərasiminə qatılmadı.
Mənbə
Ədəbiyyat Wiesflecker, Hellmut (1991). Maximilian I: Die Fundamente des habsburgischen Weltreiches (in German). Vienna/Munich: R. Oldenbourg. ISBN 3-7028-0308-4 and ISBN 3-486-55875-7 Weiss, Sabine (2010). "Die" vergessene Kaiserin: Bianca Maria Sforza — Kaiser Maximilians zweite Gemahlin ; [die Biografie zum 500. Todestag] (in German). Tyrolia-Verlag. ISBN 978-3-7022-3088-3 Benecke, Gerhard (2019). Maximilian I (1459–1519): An Analytical Biography. Routledge. pp. lxv, lxvii. ISBN 9781000008401 Müller, Jan-Dirk (15 October 2003). "The court of Emperor Maximilian I". In Vanderjagt, A. J. (ed.). Princes and Princely Culture 1450–1650, Volume 1. BRILL. p. 305. ISBN 978-90-04-25352-0 Stratford, Jenny (2003). The Lancastrian Court: Proceedings of the 2001 Harlaxton Symposium. Shaun Tyas. p. 100. ISBN 978-1-900289-63-4 George R. Marek, The Bed and the Throne: The Life of Isabella D'Este, p. 42, Harper & Row, 1976, ISBN 978-0-06-012810-4 Hunt, Lynn; Martin, Thomas R.; Rosenwein, Barbara H.; Hsia, R. Po-chia; Smith, Bonnie G. (2007), The Making of the West, vol. II (Second ed.), Boston: Bedford/St. Martin's, p. 458, ISBN 978-0-312-43946-0 Bendix, Regina F.; Fenske, Michaela (2014). Politische Mahlzeiten. Political Meals. LIT Verlag Münster. pp. 128–129. ISBN 978-3-643-12688-7 Riegel, Nicole (2014). "Bausteine eines Residenzprojekts Kaiser Maximilian I. in Innsbruck". In Herbert Karner; Ingrid Ciulisová; Bernardo José García García (eds.). The Habsburgs and their Courts in Europe, 1400–1700 (PDF). Palatium e-Publication. p. 32. ISBN 978-94-6018-483-3 Moffatt, Constance; Taglialagamba, Sara (12 January 2016). Illuminating Leonardo: A Festschrift for Carlo Pedretti Celebrating His 70 Years of Scholarship (1944–2014). BRILL. p. 157. ISBN 978-90-04-30413-0 Palmer, Allison Lee (15 December 2018). Leonardo da Vinci: A Reference Guide to His Life and Works. Rowman & Littlefield. p. 19. ISBN 978-1-5381-1978-5 Antenhofer, Christina (2011). "Emotions in the Correspondence of Bianca Maria Sforza". In Heinz Noflatscher/Michael A. Chisholm/Bertrand Schnerb (ed.). Maximilian I. 1459–1519. Wahrnehmung – Übersetzungen – Gender. Innsbrucker Historische Studien (PDF). Innsbruck: Studienverlag GmbH. pp. 267–286. ISBN 978-3-7065-4951-6 Größing, Sigrid-Maria (2002). Maximilian I. – Kaiser–Künstler–Kämpfer (in German). Vienna: Amalthea. ISBN 3-85002-485-7
İstinadlar
Kateqoriya:XVI əsr İtaliya zadəganları Kateqoriya:XVI əsr İtaliya qadınları Kateqoriya:İntibah dövrü qadınları