İstanbulda NATO sammiti — 28–29 iyun 2004-cü il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilmiş sammit. Bu, NATO-ya üzv ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizlik məsələlərinə dair rəsmi qərarlar qəbul etmək üçün bir araya gəldiyi XVII NATO sammiti idi. Ümumiyyətlə, sammit 2002-ci ildə Praqada keçirilən sammitdə başlanan transformasiya prosesinin davamı kimi qiymətləndirilir. Burada sovet təcavüzünə qarşı Soyuq müharibə dövründən qalma ittifaqdan yeni və xarici təhlükəsizlik təhdidlərinə qarşı XXI əsr koalisiyasına keçid yaratmaq ümid edilirdi.UNITED STATES MISSION TO NATO, NATO Summit, n.d. F. BONNART, "Istanbul summit : NATO could find its new purpose in Iraq" in The International Herald Tribune, 26 June 2004, Sammit dörd görüşdən ibarət olmuşdur.

NATO üzvləri Şimali Atlantik Şurasının iclası zamanı ittifaqın yeddi yeni üzvünü qarşılamış, ittifaqın Əfqanıstan müharibəsindəki iştirakını genişləndirmək və Bosniyadakı mövcudluğuna son qoymaq qərarına gəlmiş, İraqa təlimlərdə kömək etməyə razılaşmış, yeni tərəfdaşlıq təşəbbüsü başlatmış və NATO-nun əməliyyat imkanlarını təkmilləşdirmək üçün addımlar atmışdır.

NATO–Rusiya Şurasının iclası əsasən həm Rusiya Prezidenti Vladimir Putinin burada iştirak etməməsi, həm də Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Sazişin ratifikasiyası və ya Rusiya qoşunlarının Gürcüstan və Moldovadan çıxarılması istiqamətində irəliləyişin olmaması ilə diqqət çəkmişdir.Vladimir Socor, "Putin fails to win concessions from NATO: Russia at the NATO summit: cooperative rhetoric, zero-sum practice NATO" in Eurasia Daily Monitor, 1, (2004), 43, NATO liderləri həmçinin Ukraynanın NATO–Ukrayna Komissiyasına üzvlük istiqamətində irəliləyişini alqışlamış və Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclası zamanı NATO üzvü olmayan həmkarları ilə bəzi ümumi və əsasən simvolik mövzuları müzakirə etmişdir.

Türkiyə hökuməti potensial terror aktından çəkindiyinə görə sammit zamanı təhlükəsizlik tədbirləri gücləndirilmişdir. Dünyanın hər yerindən nümayişçilər Corc V. Buş administrasiyası dövründə NATO və Amerikanın xarici siyasətinə etiraz etmək üçün toplaşmış və sammitin özü sammitin ilk günündə, 28 iyunda İraqın suverenliyinin gözlənilməz şəkildə təhvil edilməsi ilə dünya mətbuatının əsas səhifələrində yer almamışdır.

Təhlükəsizlik tədbirləri 250px|thumb|right|Sammitin keçirildiyi, İstanbulda yerləşən Lütfü Kırdar Konqres və Sərgi Sarayı.

Türkiyə hökuməti NATO sammitini terror hücumlarından qorumaq üçün misilsiz təhlükəsizlik tədbirləri görmüşdür. Onlar xüsusilə 2003-cü ildə İstanbulda 60-dan çox insanın ölümünə səbəb olan terror aktının təkrarlanmasından ehtiyat edirdilər. 2004-cü ilin may ayının əvvəllərində Bursa şəhərində sammiti bombalamağı planlaşdırmaqda şübhəli bilinən 16 nəfəri saxlanılmışdır. Türkiyə polisi burada silahlar, partlayıcı maddələr, bomba hazırlama broşürləri və içərisində Üsamə bin Ladendən təlim tövsiyələri olan 4 min ədəd disk ələ keçirmiş, şübhəlilərin "Əl-Qaidə" ilə əlaqəsi olduğu güman edilən "Ənsar ul-İslam" radikal islamçı qruplaşmanın üzvləri olduğuna inandığını açıqlamışdır. 24 iyunda iki bomba partlamışdır. Bir bomba İstanbulda avtobusda partladışmış, nəticədə biri terrorçu olmaqla 4 nəfər həlak olmuş, digər partlayış isə Ankarada ABŞ Prezidenti Corc V. Buşun qalacağı otelin yaxınlığında baş vermişdir.A. YACKLEY, "Explosions in Turkey kill three" in The Scotsman, 25 June 2004, Bundan əlavə, 25 iyunda İstanbulun əsas hava limanında park edilmiş avtomobildə partlayıcı maddə aşkar edilmişdir.

Təhlükəsizlik tədbirləri çərçivəsində Türkiyə hərbi gəmiləri və rezin qayıqlarda türk komandoları Bosfor boğazında patrul xidmətinə başlamış, "AWACS" kəşfiyyat təyyarələri və F-16 döyüş təyyarələri şəhər üzərində uçuşa qadağa zonasını müşahidə etmək üçün şəhər üzərində uçuşlar həyata keçirmmiş, həmçinin vertolyot və zirehli maşınlar tərəfindən dəstəklənən 23–24 min nəfər polis əməkdaşı əraziyə cəlb edilmişdir.CNN, U.S. welcomes NATO pledge to train Iraqi troops, 28 June 2004, Bosfor boğazı neft tankerləri üçün bağlamılmış, yeraltı dəmir yolu sistemi dayandırılmış və şəhərin bütün rayonlardakı nəqliyyat yolları bağlanılmışdır.China Daily, Bombs explode in Turkey before Bush, NATO summit, 25 June 2006, Buna baxmayaraq, 29 iyunda, İstanbulun əsas hava limanında yerləşən, Türk Hava Yollarına məxsus boş təyyarədə işçilər onu təmizləyərkən kiçik bomba və ya partlayıcı qurğu partladılmışdır. Nəticədə, işçi yüngül xəsarət almışdır.S. SACHS, "Afghan Asks NATO to Protect Officials Registering Voters" in The New York Times, 29 June 2004,

Təhlükəsizlik tədbirlərinin səbəb olduğu pozuntu dərəcəsi Türkiyənin bir sıra qəzetləri tərəfindən tənqid edilmişdir. Məsələn, "Cümhuriyyət" qəzeti vəziyyəti "tamamilə biabırçılıq" adlandırmış və qeyd edib ki, İstanbul və Ankara bir neçə gün ərzində "insanları həbs edən, küçələri boşaltan və qayıqların üzməsinə mane olan xəyalət şəhər kimi görünür". Qəzet onu da əlavə etmişdir ki, insanlar təcili yardımların fəaliyyətsizliyi səbəbindən həlak omuşdur.

Etirazlar thumb|208x208px|İstanbulda keçirilən sammitə etiraz edənlər aksiyaçılar.|left

İyun ayında NATO-nun qarşıdan gələn sammitinə qarşı nümayişlər başlamışdır. Türkiyədə demək olar ki, hər gün etiraz aksiyaları keçirilmişdir.Agence France-Presse, Some 40 detained in Turkish demo against upcoming NATO summit, 16 June 2004, TURKISH-AMERICAN BUSINESS ASSOCIATION, Excerpts from Turkish media: CNNTURK, 27 June 2004, Məsələn, 16 iyunda Türkiyə çevik polisi aksiya zamanı 40-a yaxın etirazçını saxlamış, 21 iyunda isə polis küçələrdə barrikada quran və "molotov kokteyli"ndən istifadə edən fəalları dağıtmaq üçün su şırnaqları, gözyaşardıcı qaz və zirehli maşınlardan istifadə etmişdir. İyun ayı ərzində dünyanın müxtəlif yerlərindən NATO əleyhdarı etirazçılar nümayiş keçirmək üçün İstanbula toplaşmışdır.SEE EUROPE, Anti-NATO Protesters Gather From Around The World, 21 June 2004,

Etirazlar ABŞ-nin xarici siyasətinə, xüsusən də ABŞ-nin Əfqanıstanda apardığı müharibəyə və İraqdakı müharibəyə, NATO-nun Balkanlarda hərbi cəhətdən mövcudluğuna, NATO-nun özünə və ya NATO-nun yeni roluna, nüvə silahlarının mövcudluğuna qarşı idi. Etirazçılar iddia edirdi ki, ABŞ İraq, Yaxın Şərq və Əfqanıstandakı siyasətini dəstəklənsin deyə NATO-dan sui-istifadə etmişdir.STOPUSA, 26–29 June 2004: Demonstrations and Activities against the NATO Summit in Istanbul, s.d., Comité de Surveillance OTAN, Initiative against the NATO summit in Istanbul, 25 February,

Sammitdən bir gün əvvəl ABŞ Prezidenti Corc Buş Türkiyə liderləri ilə əvvəlcədən görüş keçirmək üçün Türkiyənin paytaxtı Ankara şəhərinə səfər etmişdir.CNN, Bush, NATO focus on Iraq, 28 June, Bundan sonra və sammit zamanı nümayişlər genişlənmiş, on minlərlə türk İstanbul küçələrinə çıxmışdır. 28 iyunda nümayişçilər bütün şəhərdə eyni vaxtda bir neçə kütləvi nümayiş keçirərək NATO-nun iclasını pozmağa cəhd etmişdir.REUTERS, "Violence marks NATO summit" in The Tribune, 28 June 2004, Küçədə baş tutan çaxnaşmalarda etirazçılarla polis arasında toqquşma zamanı çevik qüvvət polisi NATO əleyhdarı nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etmişdir. Daş və molotov kokteyli atan NATO əleyhdarı nümayişçilər ilə təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmada beşi polis əməkdaşı olmaqla azı 30 nəfər yaralanmışdır. Bu etirazlar zamanı 20-yə yaxın adam saxlanılmışdır. Polis Mecidiyeköy rayonunda, sammitin keçiriləcəyi binadan təxminən 3 km cənubda ora doğru irəliləməyə cəhd edərkən ən azı altı nəfəri saxlayaraq daha kiçik kütləni dağıtmışdır. Qrinpis fəalları Bosfor boğazı üzərindəki körpüdəki ayrı bir etiraz aksiyasında dimdiyində nüvə raketi olan sülh göyərçininin təsviri və "nüvə silahları NATO-dan çıxarılsın" ifadəsi olan 30 metrlik pankart açmışdır.

Sammit görüşləri 2004-cü ilin iyun ayı transatlantik münasibətlər tarixində ən gərgin sammit aylarından biri hesab edilir. 6 iyunda Fransanın Normandiya bölgəsində "Neptun" əməliyyatının 60-cı yubileyi keçirilmiş, 8–10 iyun tarixlərində ABŞ-nin Corciya ştatında XXX G8 samitti keçirilmiş, 24 iyunda isə İrlandiyanın paytaxtı Dublin şəhərində Avropa İttifaqı liderlərinin görüşü keçirilmişdir.P.H. GORDON & J. SHAPIRO, "Istanbul Summit: An Alliance Waiting for November", in The International Herald Tribune, 28 June 2004,

200px|right|thumb|Danimarkanın xarici işlər naziri Per Stiq Möller (solda) və Danimarkanın baş naziri Anders Foq Rasmussen (sağda) sammitdə iştirak edərkən. 2004-cü ildə keçirilən NATO sammiti hamısı İstanbul şəhərindəki Lütfü Kırdar Konqres və Sərgi Sarayında keçirilən dörd əsas iclasdan ibarət idi. Bunlara daxildir: Şimali Atlantik Şurası (NATO-nun ittifaqa üzv olan 26 ölkənin hər birinin dövlət və hökumət başçılarının daxil olduğu ali qərar qəbuledici orqanı); NATO–Rusiya Şurası (yalnız xarici işlər nazirləri səviyyəsində keçirilmişdir, çünki Rusiya Prezidenti Vladimir Putin burada iştirak etməmişdir. Bu, NATO ilə Rusiya arasında NATO-nun genişlənməsi və Avropada adi silahlı qüvvələr haqqında Müqavilənin uyğunlaşdırılması haqqında Saziş ilə bağlı davam edən gərginliyi əks etdirirdi); NATO–Ukrayna Komissiyası; Avro-Atlantik Tərəfdaşlıq Şurası (46 ölkə, o cümlədən keçmiş Şərq bloku və bir çox postsovet ölkəsi).N. BUTLER, "Deep Divisions over Iraq at NATO's Istanbul Summit" in Disarmament Diplomacy, (2004), 78,

Bu görüşlərə əlavə olaraq, 26 və 27 iyun tarixlərində bir sıra səfər və sual sessiyaları keçirilmişdir. Bundan əlavə, yuxarıda qeyd olunan görüşlərdən sonra və ya onların arasında hökumət və ya hökumət başçılarının bir neçə mətbuat konfransı keçirilmişdir.For an extensive list of all activities, see: NATO, Documents, webcasts & multimedia, 2004, 28 iyunda Şimali Atlantik Şurasının iclası yekunlaşdıqdan sonra "İstanbul Bəyannaməsi: Yeni dövrdə təhlükəsizliyimiz" başlıqlı bəyanat yayılmışdır. Bu bəyanatda dövlət rəhbərləri müzakirələrin əsas nəticələrini ümumiləşdirmişdir.NATO, The Istanbul Declaration: Our security in a new era, 28 June 2004,

Varşava Müqaviləsi Təşkilatından altı yeni üzv – Litva, Latviya, Estoniya, Slovakiya, Bolqarıstan və Rumıniya, eləcə də Sloveniyanın 2004-cü ilin martında NATO-ya üzv olması və sammitdə formal olaraq ittifaqa qəbul edilməsi demək olar ki, mətbuatda işıqlandırılmamışdır.X, "NATO's Istanbul summit: Alliance under a cloud" in The International Institute for Strategic Studies, 10, (2004), 5,

Şimali Atlantik Şurası Əfqanıstan Sammitdən bir neçə gün əvvəl NATO-nun baş katibi Yaap de Hoop Sxeffer Əfqanıstanı "bir nömrəli prioritet" adlandırmışdır.R. NORTON-TAYLOR, " NATO to send more troops to Afghanistan" in The Hindu, 27 June 2004, Sammit zamanı NATO üzvləri rəsmi olaraq razılaşmışdır ki, NATO-nun rəhbərlik etdiyi Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri (BTDQ) Məzari-Şərif, Meymənd, Feyzabad və Bəğlan şəhərlərində dörd əlavə Əyalət Yenidənqurma Qruplarına (ƏYQ) komandanlıq edəcək. Buna baxmayaraq, bu, ilkin beş hədəfdən geri qalır.A. LOBJAKAS, "NATO: Summit Wrapup – Iraq, Afghanistan Are Subjects Of Alliance Agreements" in Radio Free Europe, 29 June 2004, Bundan əvvəl BTDQ yalnız paytaxt Kabil ətrafında təhlükəsizliyi təmin edirdi və Künduz şəhərində bir ƏYQ-yə komandanlıq edirdi. 26 üzv Əfqanıstan missiyası üçün əlavə 600 əsgər (hər ölkəyə təqribən 23 əsgər düşür) və üç helikopter verməyə razılaşmışdır. Türkiyədən üç helikopter gətirilmiş və üç ay ərzində geri qaytarılmışdır. NATO həmçinin, 2004-cü ildə Əfqanıstanda keçirilən prezident seçkilərinin təhlükəsizliyini təmin etmək üçün Əfqanıstandakı sülhməramlı qüvvələrinin heyətinin sayını 6,500-dən 10 minə qədər artıracağını vəd etmişdir, lakin bu sayda əlavə qoşun üçün faktiki razılıq əldə olunmamışdır.

Bosniya və Herseqovina