15 iyun 2020-ci ildə saat 20:00–22:00 iradələrində 130 məşhur şəxsin hesabı bitcoin fırıldaqçılığı etmək üçün ələ keçirilmişdir. Hesabların oğurlanması sosial mühəndislik yolu ilə baş tutmuşdur.

Fırıldaqçılar tərəfindən paylaşılmış tvitlərdə "müəyyən kiptovalyuta adreslərinə pul göndərdikləri təqdirdə, həmin pulun iki qatı onlara geri qaytarılacaqdır" mesajı yer alırdı. Tvitlərin paylaşılmasından bir neçə dəqiqə sonra kriptovalyuta adreslərinə 320 pul transferi gerçəkləşmişdir. Mesajlar Twitter işçiləri tərəfindən silinənə qədər 110.000 ABŞ dolları dəyərində bitcoin göndərilmişdir.

Hadisənin səbəbkarları Twitter-in xüsusi işçiləri və FTB tərəfindən axtarılır.

İstinadlar

Kateqoriya:Dələduzluq Kateqoriya:Kiberhücumlar