Lucasfilm Ltd. LLC — ABŞ film və televiziya istehsalı şirkəti və "The Walt Disney Company"nin biznes seqmenti olan "Walt Disney Studios"un qolu. Studiya ən çox "Ulduz müharibələri" və "İndiana Cons" franşizalarının yaradılması və istehsalı ilə tanınır. Filmlər üçün xüsusi effektlərin, səsin və kompüter animasiyasının hazırlanmasında aparıcı şirkət hesab olunur. "Lucasfilm" 1971-ci ildə rejissor Corc Lukas tərəfindən Kaliforniyada təsis edilmişdir, lakin şirkətin əksər əməliyyatları 2005-ci ildə San-Fransiskoya köçürülmüşdür. "Disney" korporasiyası 30 oktyabr 2012-ci ildə "Lucasfilm"i 4,05 milyard dollar pul və səhm qarşılığında satın almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:The Walt Disney Studios Kateqoriya:ABŞ film şirkətləri Kateqoriya:Disney istehsal studiyaları Kateqoriya:Disney satınalmaları Kateqoriya:The Walt Disney Company filialları Kateqoriya:Kaliforniya şirkətləri Kateqoriya:Corc Lukas Kateqoriya:1971-ci ildə yarananlar Kateqoriya:Mediafranşizalar Kateqoriya:ABŞ korporativlərinin törəmə şirkətləri Kateqoriya:Kaliforniyada yerləşən əyləncə şirkətləri