Hüzeyfə ibn Mihsan əl-Bəriqi (, ) — İslam peyğəmbəri Məhəmmədin səhabəsi. Onun İslam tarixində yeri mühümdür və Ömərin xilafətində ordunun komandanı olub.

Riddə müharibəsi 632-ci ilin sentyabrında Əbu Bəkr Omandakı üsyanları yatırmaq üçün Hüzeyfə ibn Mihsanın komandanlığı altında qoşun göndərir. Burada Əzd qəbiləsi və onların başçısı Ləkit ibn Malik üsyan qaldırır. Omana girən Hüzeyfə, düşmənə qarşı kifayət qədər əsgərinin olmadığını qiymətləndirincə dəstək gözləməyə başlayır. İkrimə ilə gələn dəstək qüvvələrinin köməyi ilə üsyan 632-ci ilin noyabrında Dibbadakı Daba döyüşü ilə yatırılır. Lakin o, müharibə zamanı həlak olur.

İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Raşidi xilafətinin valiləri Kateqoriya:Ərəb generallar