Qulamrza Rəşid Yasəmi (; ) — kürd mənşəli İran şairi, tərcüməçisi, akademiki və ədəbiyyat xadimi.

Həyatı Qulamrza Rəşid Yasəmi 1895-ci ildə İranın Kirmanşah ostanında anadan olmuşdur. O, ibtidai təhsilini Kirmanşahda başa vurmuş, 1912-ci ildə Tehrana köçmüşdür. Rəşid Yasəmi orta məktəbi fransızdilli Sen-Luis məktəbində bitirmişdir. O, təhsilini başa vurduqdan sonra 1918-ci ildə "Danışkadə" ədəbi cəmiyyətinin yaradıcılarından biri olmuşdur. Rəşid Yasəmi həmçinin, "Şəfəq-e Sorx" qəzetində məqalə və tədqiqat dərc etdirmişdir. O, kürd, fransız, ingilis, ərəb və pəhləvi dillərini bilirdi. Rəşid Yasəminin 4 oğlu və 2 qızı olmuşdur. O, 1951-ci ildə insultdan vəfat etmişdir.

İstinadlar

Kateqoriya:İran şairləri Kateqoriya:İran tərcüməçiləri Kateqoriya:İran jurnalistləri Kateqoriya:Kürd şairlər Kateqoriya:Kürd jurnalistlər Kateqoriya:XX əsr şairləri Kateqoriya:XX əsr jurnalistləri Kateqoriya:Fars dilində yazan şairlər