Akrilamid (CH2=CHC(O)NH2) — praktiki əhəmiyyətə malik monomerdir.
Fiziki xassələri Akrilamid ağ kristallik maddədir, 357.5K əriyir. Spirtdə, asetonda və suda yaxşı həll olur.
Alınması Akrilamid ilk dəfə 1893-cü ildə Mure tərəfindən akril turşusunun xloranhidridinin benzolda məhluluna quru ammonyak daxil etmək yolu ilə alınmışdır:
H2C=CH-C(O)-Cl +2NH3 → H2C=CH-C(O)-NH2 + NH4Cl
Reaksiyadan ammonium xloridi kənarlaşdırdıqdan sonra akrilamid benzolda ağ kristallik şəklində olur.
2. Litium fosfatın iştirakı ilə 2-metoksipropionamid 523–773K-də, titan üzərində isə 498–673K parçalanaraq akrilamidə çevrilir:
H3C-O-CH2-CH2-CO-NH2 → H2C=CH-C(O)-NH2 + CH3OH
Tətbiqi Akrilamidin polimerləşməsindən istehsalatda poliakrilamid alınır. Bu polimer sənayedə alınan sellüloza kağızı əvəz edir. Poliakrilamid bir çox sənaye sahələrində, o cümlədən yeyinti sənayesində, neftçıxartmada tətbiq olunur. Ondan lakların, boyaların, süni dərilərin və sintetik liflərin istehsalında da istifadə edilir.
Təsir və təhlükəsi Zəhərli təsirə malikdir. Sinir sisteminə, qaraciyərə və böyrəklərə mənfi təsir göstərir. Selikli qişaları qıcıqlandırır, kanserogendir.
180°C-dən yuxarı temperaturda (digər mənbələrə görə 120°C-dən yuxarı) qızardılmış və ya bişmiş qidalarda, eləcə də bişmiş məmulatlarda və şəkər (fruktoza, qlükoza və s.) arasında reaksiya nəticəsində əmələ gələ bilər. Tədqiqatlar qara zeytun, quru gavalı, fıstıq, qızardılmış kartof və qəhvənin tərkibində akrilamid aşkar edib.
Daha çox nişasta tərkibli qidalarda olan şəkər və asparagin qızdırıldıqda bir-biri ilə reaksiya verir. Bu kimyəvi reaksiya yeməyin qəhvəyi rəngə çevrilməsinə səbəb olur. Orta hesabla, böyüklər ən çox akrilamidi çipsi və qəhvədən, uşaqlar isə ən çox çipsi və peçenye məhsullarından alırlar.
Akrilamid böyük miqdarda istehlak edildikdə potensial təhlükəli kimyəvi maddədir. Laboratoriya heyvanları üzərində aparılan tədqiqatlar göstərib ki, akrilamid xərçəngə səbəb ola bilər. Bu qənaətə Avropa Qida Təhlükəsizliyi Təşkilatı (EFSA) həmin tədqiqatlar nəticəsində gəlib.
İstinadlar
Kateqoriya:Monomerlər