AstrositToxuma kulturasında yetişdirilmiş, GFAP (Glial fibrillary protein) (qırmızı) və vimentinə (yaşıl) (bunlar antigendir) antitellərlə boyanmış siçovulun beynindən əldə edilən astrosit. Hər iki zülal bu hüceyrənin ara filamentlərində böyük miqdarda olur, buna görə də hüceyrə sarı görünür. Mavi material DAPI boyası ilə vizuallaşdırılmış DNT -ni göstərir, həmçinin astrositin və digər hüceyrələrin nüvəsini aşkar edir. Şəkil EnCor Biotechnology Inc -in icazəsi ilə. Təfərrüatlar Məkan Beyin və onurğa beyni İdentifikatorlar latın Astrosit MeSH D001253 NeuroLex ID sao1394521419 TH H2.00.06.2.00002, H2.00.06.2.01008 FMA 54537 Mikroanatomiyanın anatomik terminləri</br> [ Wikidatada redaktə et ] Astrositlər (qədim yunan dilindən, , "ulduz" + , "boşluq", "hüceyrə"), həmçinin ümumilikdə astroqlia olaraq da bilinir. Xarakterik olaraq ulduz şəkilli qlial hüceyrələr olub, baş beyin və onurğa beynində rast gəlinir. Onlar bir çox funksiyanı yerinə yetirirlər. Bunlara, qan-beyin baryerini formalaşdıran endotel hüceyrələrinin biokimyəvi dəstəyi, sinir toxumasının qida maddələri ilə təminatı, hüceyrəxarici ion tarazlığının qorunması və beyində, onurğa beynində baş verən travma, infeksiyadan sonra çapıq toxumasının formalaşması, beyin qan dövranının tənzimlənməsi kimi funksiyalar aiddir. Astrositlərin beyində miqdarı yaxşı müəyyən oluna bilinməmişdir. Onların miqdarı istifadə olunan hesablama texnikasından asılı olaraq dəyişir. Beləki, onların miqdarı beynin müxtəlif bölgələrində fərqlənir və bütün qlia hüceyrələrinin 20%-40%-ni təşkil edir. Başqa bir araşdırmaya əsasən isə astrositlər beyində ən çox rast gəlinən qlia hüceyrələridir. Astrositlər mərkəzi sinir sistemində xolesterolun əsas mənbəyidir. Apolipoprotein E, xolesterolu astrositlərə, neyronlara və digər qlia hüceyrələrinə ötürərək, hüceyrələr arası siqnalizasiyanı tənzimləyir. İnsan beynində astrositlərin miqdarı gəmiricilərdən iyirmi dəfədən çoxdur və onlar bu saydan on dəfə çox sinapsla əlaqə yaradır.
1990-cı illərin ortalarından bəri aparılan tədqiqatlar göstərdi ki, astrositlər qıcığa (stimula) cavab olaraq hüceyrələrarası Ca 2+ ion axınını uzun məsafələrə yayır və neyronlara oxşar olaraq Ca 2+ -dan asılı şəkildə mediatorları (qliotransmitterlər adlanır) xaric edirlər. Məlumatlar göstərir ki, qlutamatın (beyində oyadıcı neyrontransmitter) astrositlərdən, Ca2+ -dan asılı olaraq xaric olunması neyronları oyadır . Bu cür kəşflər astrositləri neyroelm sahəsində mühüm tədqiqat sahəsinə çevirdi.
Strukturu thumb|255x255px| Siçan korteksinin hüceyrə kulturasında, neyronların (qırmızı) əhatəsində yerləşən astrositlər (yaşıl) thumb|255x255px| 23 həftəlik dölün beyin kulturası insan astrositi thumb|255x255px| Canlı beyin qabığındakı neyronlar (yaşıl) arasında yerləşən astrositlər (qırmızı-sarı) Astrositlər mərkəzi sinir sistemindəki qliya hüceyrələrinin bir alt növüdür. Onlar həmçinin astrositik qlial hüceyrələr olaraq da bilinirlər. Ulduz şəkilli astrositlər, çıxıntılarının bir çox hissəsi ilə neyronların əmələ gətirdiyi sinapsları əhatə edir. İnsanlarda bir astrosit hüceyrəsi eyni anda 2 milyona qədər sinapsla qarşılıqlı əlaqədə ola bilər. Astrositləri müəyyən etmək üçün histolloji analizlərdən istifadə edirlər. Onların əksəriyyəti qlial fibrilyar protein (GFAP) ekspresiyya edir . Mərkəzi sinir sistemində, fibroz, protoplazmatik və şüalı astrositlərində daxil olduğu, bir neçə astrosit formalarına rast gəlmək olar. Fibroz astrositlər, adətən ağ maddə daxilində yerləşirlər, hüceyrə orqanelləri azdır və uzun, şaxələnməmiş çıxıntılara malikdirlər. Əksərən bu hüceyrələr astrositik son ayaqıcıqlar (endfoot) adlandırılan çıxıntıları vasitəsilə yaxınlıqda yerləşən kapilyarların xarici səthini əhatə edirlər. Protoplazmatik qliya hüceyrələri daha geniş yayılmışdır və sinir toxumasının boz maddəsində rast gəlinirlər. Onlar daha böyük miqadarda orqanellərə və çox şaxələnmiş çıxıntılara malikdir. Radial qlial hüceyrələr mədəciklərin oxlarına perpendikulyar olan müstəvilərdə yerləşirlər. Onların çıxıntılarından biri nazik qişaya (pia mater) bitişik, digəri isə boz maddənin dərinliklərində yerləşir. Radial qliya hüceyrələri əsasən inkişaf zamanı mövcuddur və neyronların miqrasiyasında iştirak edirlər. Lakin torlu qişanın Müller hüceyrələri və beyincik qabığının (serebellar korteks) Berqman qlia hüceyrələri yetkinlik dövründə də mövcud olmaları ilə istisna təşkil edirlər. Astorsitlərin hər üç formasının çıxıntısı, nazik qişaya yaxın olduqda pia-qlial membranın formalaşmasında iştirak edir.
İnkişafı thumb| Astrositlər qırmızı rənglə təsvir edilmişdir. Hüceyrə nüvələri mavi rənglə təsvir edilmişdir. Astrositlər yeni doğulmuş siçanların beyinlərindən əldə edilib. Astrositlər mərkəzi sinir sistemindəki makroqlial hüceyrələrdir . Astrositlər inkişaf edən sinir sistemi neyroepitelində olan progenitor hüceyrələrin heterogen populyasiyalarından yaranırlar. Neyronların alt tiplərini və makroqlial hüceyrə nəsillərinin əmələ gəlməsini müəyyən edən genetik mexanizmlər arasında diqqətəlayiq oxşarlıq vardır. Neyron ixtisaslaşmasında olduğu kimi, sonik kirpi (SHH), fibroblast böyümə faktoru (FGFs), WNTs və sümük morfogenetik zülalları (BMPs) kimi kanonik siqnal faktorları dorsal-ventral, anterior-posterior və medial-lateral oxlar boyunca morfogen qradientlər vasitəsilə inkişaf edən makroqlial hüceyrələrə mövqe məlumatı verir. Nevral ox boyunca neyroepitelin progenitor domenlərə (p0, p1, p2, p3 və pMN) seqmentasiyası, onurğa beynində fərqli neyronların yaranmasına səbəb olur. Bəzi tədqiqatlara əsaslanaraq, hal-hazırda inanılır ki, bu model makroqlial hüceyrələrin diferensiasiyasına da uyğun gəlir. Hochtism və əməkdaşları tərəfindən aparılan araşdırmalar müəyyən etmişdir ki, p1, p2 və p3 domenlərindən astrositlərin 3 fərqli populyasiyası ayrılır. Astrositlərin bu alt tipləri onların müxtəlif transkripsiya faktorlarının (PAX6, NKX6.1) və hüceyrə səthi markerlərinin (reelin və SLIT1) ifadəsi əsasında müəyyən edilə bilər. Müəyyən edilmiş astrosit alt tiplərinin üç populyasiyası: 1) dorsal olaraq yerləşən, p1 domenindən inkişaf edən VA1 astrositləri PAX6 (protein) və reelin (glikoprotein) ekspresiyya edirlər 2) Ventral olaraq yerləşən, p3 domenindən inkişaf edən VA3 astrositləri NKX6 (protein) ekspressiya edirlər 3) p2 domenindən inkişaf edən VA2 astrositləri isə PAX6, NKX6, reelin və SLIT ekspressiya edirlər. İnkişaf etməkdə olan MSS-də astrositlərin diferensasiyası baş verdikdən sonra, astrosit prekursorlarının terminal differensiasiya prosesi baş verməzdən əvvəl sinir sistemindəki son mövqelərinə köçdüyünə inanılır.
Funksiyası center|thumb|650x650px| Astrositlər və neyronlar arasında metabolik qarşılıqlı əlaqə Astrositlər beynin fiziki strukturunu formalaşdırmağa kömək edir. Onların, neyrotransmitterlərin ifrazı və ya absorbsiyası, qan-beyin baryerinin formalaşması da daxil olmaqla bir sıra proseslərdə aktiv rol oynadıqları düşünülür.Kolb, Brian and Whishaw, Ian Q. (2008) Fundamentals of Human Neuropsychology. Worth Publishers. 6th ed. Sinapslarda presinaptik hüceyrə, postsinaptik hüceyrə və qliya hüceyrəsi arasında meydana gələn sıx əlaqəyə istinad edərək üçtərəfli sinaps anlayışı təklif edilmişdir.
Struktur : Astrositlər beynin fiziki sturukturunun formalaşmasında iştirak edirlər. Onlar "ulduza" bənzədiklərinə görə astrosit adını almışlar. Astrositlər beyində ən geniş yayılmış qliya hüceyrəsi olub, neyronların əmələ gətirdikləri sinapsları əhatə edirlər. Onlar beyin daxilində elektrik impulslarının ötürülməsini tənzimləyirlər. Glikogen "yanacaq" ehtiyatı tamponu : Astrositlər glikogen depolayırlar və qlükoneogenez prosesini aparmaq qabiliyyətinə malikdirlər. Frontal korteks (alın qabığı) və hipokampusdakı neyronların yaxınlığında yerləşən astrositlər qlükozanı saxlayır və onu xaric edirlər. Beləliklə, astrositlər yüksək qlükoza istehlakı və qlükoza çatışmazlığı dövründə neyronları qlükoza ilə təmin edə bilərlər. Siçovullar üzərində aparılan son araşdırma astrositlərin bu fəaliyyəti ilə fiziki məşq arasında əlaqənin ola biləcəyini göstərir. Metabolik dəstək : Neyronları laktat kimi enerji substratı ilə təmin edirlər. Qlükoza həssaslığı : beyin daxilində interstisial (hüceyrəarası) qlükoza səviyyəsinin müəyyən olunması da astrositlər tərəfindən tənzim olunur. İn vitroda olan astrositlər qlükoza səviyyəsi aşağı olduqda aktivləşirlər. İn vivoda bu aktivləşmə qastrik boşalmanı artıraraq, həzm prosesini gücləndirir. Qan-beyin baryeri : Endotel hüceyrələrini əhatə edən astrositlərin son ayaqcıqlarının (end-feet) qan-beyin baryerinin sturukturunun saxlanmasına kömək etdiyi düşünülürdü, lakin son tədqiqatlar onların əhəmiyyətli rol oynamadığını göstərir. Bunun əvəzinə, baryerin saxlanmasında ən əhəmiyyətli rol oynayan beyin endotel hüceyrələrinin sıx birləşmələri (tight junctions) və onları xaricdən əhatə edən bazal təbəqədir . Bununla belə, bu yaxınlarda astrosit fəaliyyətinin beyindəki qan axını ilə əlaqəli olduğu və fMRI-də əslində bunun ölçüldüyü göstərilmişdir. Transmitterin qəbulu və xaric olunması : Astrositlər glutamat, ATF və GABA-nın da daxil olduğu bir neçə neyrotransmitter üçün glutamat daşıyıcıları kimi membran daşıyıcılarını ekspressiya edirlər. Bu yaxınlarda astrositlərin glutamat və ya ATF -i vezikulların daxilində, Ca 2+ -dan asılı olaraq xaric etdiyi göstərildi. (Bu, hipokampal astrositlər üçün mübahisəlidir.) Hüceyrəxarici sahədə ion konsentrasiyasının tənzimlənməsi : Astrositlər yüksək sıxlıqda kalium kanalları ekspressiya edirlər. Neyronlar aktivləşdikdə, hüceyrəxarici kalium konsentrasiyasını lokal olaraq artırmaq üçün kalium xaric edirlər. Astrositlər yüksək kalium keçiriciliyinə malik olduqlarına görə, hüceyrəxarici sahədə toplanan artıq kaliumu sürətlə təmizləyirlər. Əgər bu funksiyaya müdaxilə edilərsə, kaliumun hüceyrədənkənar konsentrasiyası yüksələcək və Qoldman tənliyinə görə neyronların depolarizasiyasına səbəb olacaq. Hüceyrəxarici kaliumun anormal şəkildə toplanmasının epileptik neyron fəaliyyəti ilə nəticələndiyi məlumdur. Sinaptik ötürülmənin modulyasiyası : Hipotalamusun supraoptik nüvəsində astrosit morfologiyasında sürətli dəyişikliklərin neyronlar arasında heterosinaptik ötürülməyə təsir göstərdiyi göstərilmişdir. Hipokampusda sinaptik ötürülməni ləngitmək üçün astrositlər sonradan ektonukleotidaza fermenti vasitəsilə adenozinə çevrilən ATF-i xaric edirlər. Adenozin öz reseptorlarına təsir edir və bununla da LTP (uzun müddətli potensiasiya) üçün mövcud dinamik diapazonu artırır. Vazomodulyasiya : Astrositlər qan axınının tənzimlənməsində vasitəçi kimi xidmət edə bilər. Oliqodendrositlərin miyelinləşdirici fəaliyyətinin təşviqi : Neyronların elektrik aktivliyi, miyelinin əmələ gəlməsi üçün vacib bir qıcıq kimi xidmət edən ATF-in sərbəst buraxılmasına səbəb olur. Bununla belə, ATP birbaşa oliqodendrositlərə təsir etmir. Bunun əvəzinə ATF, astrositlərin sitokin-leykemiya inhibitoru faktorunu xaric etməsinə səbəb olur. Bu, requlyator protein olub, oliqodendrositlərin miyelinləşdirici fəaliyyətini stimullaşdırır Bu, astrositlərin beyində koordinasiya edici rolunun olduğunu göstərir.