Türkiyənin ilk yerli təlim təyyarəsi olan MKE Uğur 44, 1954-cü ildə Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi tərəfindən istehsal olunmağa başlanmışdır. Onun istehsal məqsədi Türkiyə Hərbi Hava Qüvvələri üçün hərbi pilotlar hazırlayan Türkiyə Hərbi Hava Qüvvələri Akademiyasının uçuş məktəbində hərbi təlim təyyarəsi kimi xidmət etmək idi. Bu çərçivədə 1955-1957-ci illərdə kütləvi istehsala başlanılmış və bu müddət ərzində cəmi 57 təyyarə istehsal edilmişdirhttps://c4defence.com/magazines/tr-44/files/assets/basic-html/page29.html. İlk missiya uçuşunu 1955-ci ildə edən MKE Uğur 44 təyyarəsi 1962-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrində son missiya uçuşunu həyata keçirmişdir. Lakin 1969-cu ilə qədər Türk Hava Təşkilatının tərkibində uçuşlarını davam etdirmişdir.
Texniki məlumatlar Ekipaj Sayı: 2
Mühərrik: Tək mühərrikli - Gipsy
Mühərrik Gücü: 145 HP
Qanad uzunluğu: 9.50 m
Uzunluq: 7.50 m
Hündürlük: 2.16 m
Maksimal yükgötürmə qabiliyyəti: 923 kg
Maksimal sürət: 216 km/h
Maksimal mənzil: 512 km
İstinadlar
Kateqoriya:Türkiyə təyyarələri