Dihyə əl-Kəlbi (; , ) və ya Dihyə ibn Xəlifə () — İslam peyğəmbəri Məhəmmədin Bizans imperatoru I İrakliyə elçi olaraq göndərdiyi səhabə.
Məhəmməd Həmidullahın apardığı tədqiqatlara görə, onun I İrakliyə apardığı məktub dövrüzümə qədər gəlib çatmışdır.
Müsəlman olması Dihyə ibn Xəlifə əl-Kəlbi böyük bir qəbilənin başçısı idi. Rəvayətə görə, Məhəmməd onun müsəlman olmasını istədi, ona görə də dua etdi. Əgər müsəlman olsaydı, qəbiləsi də müsəlman olardı. Duası qəbul oldu. Bundan sonra onun gəldiyini xəbər verilir. O, gəlib çatdıqda Peyğəmbər libasını çıxarıb yerə yaydı və ona oturmağı əmr etdi. Lakin Dihyə ibn Xəlifə oturmayıb onu yuxarı qaldırır, başına qoyaraq öpür və bağışlanma dilədi. Səbəbini soruşduqda isə dedi ki, təkəbbür ucbatından yeznə istəməyib və 70 qızını öz əli ilə öldürdüyünü bildirdi. Bundan sonra Kəlmeyi-şəhadətdən sonra bütün keçmiş günahların bağışlandığı vəhy Məhəmmədə nazil oldu.
Dihyə əl-Kəlbi Uhud döyüşüdən etibarən bütün mühüm döyüşlərdə iştirak etmiş və Müaviyənin xəlifəlik illərində vəfat etmişdir.
Həmçinin bax İbn Dihyə əl-Kəlbi
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:İslamı qəbul edənlər Kateqoriya:İsrail tarixi Kateqoriya:VII əsr şəxsləri