Indium (III) oksid (İn2O3) – ikili qeyri-üzvibirləşmədir. Fiziki xassələri İndium(III)oksid amorf maddədir və ya açıq sarı kristallardır (qızdırdıqda qırmızı-qəhvəyi),kubik sinqoniyanın kristallarını əmələ gətirir, fəza qrupu a3, hüceyrə parametrləri a = 1,01194 nm, Z = 16. 6,5 GPa təzyiqdə və 300 -400 °C temperaturda altıbucaqlı qəfəsli fazaya keçir, normal şəraitdə sabitdir. Kristallar R 3c fəza qrupuna aiddir, hüceyrə parametrləri a = 0,5487 nm, c = 1,4510 nm, Z = 6, sıxlıq 7,3 q / sm³. Oksigenin yüksək təzyiqindən 1910 °C-də əriyir və normal şəraitdə 850 °C-də asanlıqla buxar halına keçir və parçalanmağa başlayır. Alınması

1. Qızdırıldıqda indium bənövşəyi alovla yanır:

2. İndium hidroksidinin termiki parçalanması nəticəsində:

3. İndium nitratın, indium sulfatın parçalanması nəticəsində:

4. İndium sulfidin oksidləşmə nəticəsində almaq olar:

Kimyəvi xassələri 1. Qızdırıldıqda parçalanaraq buxarlanır:

2. Qatı turşularla reaksiyaya daxil olur:

3. Hidrogenlə metala qədər reduksiya olunur:

4. Hidrogen sulfidlə reaksiyaya daxil olur:

Tətbiqi İndium(III)oksid yarımkeçirici material kimi istifadə olunur. Həmçinin xüsusi şüşələrin komponenti, neytron adsorbentləri kimi tətbiq olunur.

Mənbə Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов. — 3-е изд., испр. — М.: Химия, 2000. — 480 с. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 2-е изд., испр. — М.—Л.: Химия, 1966. — Т. 1. — 1072 с. Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2. — 1168 с.

Kateqoriya:Oksidlər Kateqoriya:Yarımkeçirici materiallar