Azobisisobutyronitril (azobisizoyağ turşusunun dinitrili, AIBN, ДАК) – azo birləşmələri və nitrillər sinfinə aid üzvi maddədir. Radikal polimerləşmənin və digər radikal reaksiyaların tinisiatoru kimi istifadə olunur. Fiziki xassələri Molekul kütləsi 164.21 q/mol
Görünüşü ağ kristallar
Xassələri Azobisisobutyronitril ağ toz olub, metanolda, etanolda həll olur, suda həll olmur. 0 °C-də metanolda həllolma 1,8 q/100 ml, 20 °C-də - 5 q/100 ml, 40 °C-də - 16 q/100 ml-dir. 0 °C-də etanolda həllolma 0,6 q / 100 ml, 20 °C-də - 2 q/100 ml, 40 °C-də - 7 q/100 ml-dir. Aseton, benzol, toluol, DMSO və DMFA üçün 20 °C-də həllolma 100 q həllediciyə müvafiq olaraq 28, 10, 4.6, 7.2 və 19.8 q bərabərdir. Qızdırıldıqda, aşagıdakı sxemə uyğun olaraq sərbəst radikallara parçalanır: 500px
Alınması Azobisizobutronitril aseton, natrium siyanid və hidrazin sulfatdan 2,2'-siyanohidrazo-bis-propan vasitəsilə alınır .
Tətbiqi
Radikal polimerləşmənin inisiatoru Barton reaksiyasında birgə inisiator Will-Ziegler reaksiyasında inisiator Daud reaksiyasında birgə inisiator Weena-Stork reaksiyasında birgə inisiator
Toksikologiya və təhlükəsizlik Azobisisobutyronitril yüksək dərəcədə zəhərlidir. Benzoil peroksiddən daha az partlayıcıdır.
Qeyd
Синтезы органических препаратов. Сборник 4. Москва, Иностранная Литература, 1953, стр. 245 А М Торопцева и др. Лабораторный практикум по химии и технологии высокомолеулярных соединений Л.-Химия. 1972. Дж. Дж. Ли Именные реакции. Пер. с англ. М., Бином 2006
Mənbə AIBN initiator and other azo initiators. (n.d.). Retrieved from https://polymerchemistry.nouryon.com/products-applications/acrylic-polymer-initiators/aibn/ 2,2′-Azobis(2-methylpropionitrile) 441090. (n.d.). Retrieved from https://www.sigmaaldrich.com/catalog/product/aldrich/441090?lang=en®ion=US Overberger, C. G., O'Shaughnessy, M. T., & Shalit, H. (1949). The Preparation of Some Aliphatic Azo Nitriles and their Decomposition in Solution. Journal of the American Chemical Society, 71(8), 2661-2666. doi:10.1021/ja01176a018
Kateqoriya:Azobirləşmələr