Aygün Nazif qızı Əliyeva () — Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri.
Həyatı Aygün Əliyeva 1988-ci ildə anadan olub. Azərbaycan Dillər Universitetinin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsində, Xəzər Universitetində Beynəlxalq münasibətlər ixtisası üzrə doktorantura pilləsində, London Kral Kollecinin Beynəlxalq münasibətlər fakültəsində, həmçinin BMT-nin Sülh İnstitutunda "Dinc birgəyaşayış: sülhün, təhlükəsizliyin, insan hüquqlarının və inkişafın gücləndirilməsi" ixtisası üzrə təhsil alıb.
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
Əmək fəaliyyəti 2010–2012-ci illərdə Azərbaycan Dillər Universitetində Tərbiyə işləri üzrə prorektor köməkçisi, 2012–2013-cü illərdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Mərkəzi ofisində Layihələr üzrə koordinator, 2013-cü ildə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatında baş təlimatçı, 2013–2020-ci illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini, 2020–2021-ci illərdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İctimaiyyətlə əlaqələr, kargüzarlıq və vətəndaş müraciətləri ilə iş departamentinin rəhbəri olmuşdur.
2021–2025-ci illərdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru, 6 yanvar 2026-cı ildən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri təyin edilib.
İctimai fəaliyyəti 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 15 aprel 2009-cu ildən 29 yanvar 2010-cu ilə qədər Yeni Azərbaycan Partiyası Nəsimi rayon Təşkilatının Qadınlar Şurasının sədr müavini, 10 fevral 2010-cu ildən 2012-ci ilə kimi Azərbaycan Dillər Universitetində Tələbə Həmkarlar Təşkilatının sədr müavini, 29 yanvar 2010-cu ildən 2015-ci ilə qədər Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin ideoloji məsələlər üzrə sədr müavini olmuşdur.
Təltiflər 2020-ci il dövlət qulluğunda səmərəli fəaliyyətinə görə fəxri fərman; Azərbaycan Respublikası Prezidentinin 26 iyul 2019-cu il tarixli 1354 nömrəli sərəncamına əsasən təsis edilmiş "Yüksəliş" müsabiqəsinin 2021-ci il üzrə finalçısı
İstinadlar
Xarici keçidlər Aygün Əliyeva — Facebook səhifəsi Aygün Əliyeva — Twitter səhifəsi
Kateqoriya:Binəqədi Rayon İcra Hakimiyyətinin başçılarının müavinləri