Əmr ibn Hişam (; ) — Əbu Cəhl olaraq tanınan Məhəmmədin әn qatı əleyhdarlarından biri. Qureyşin Bənu Mәxzum qoluna mənsubdur və Məhəmmədlə eyni ildə doğulmuşdur.
Bioqrafiya Onun tam adı Əbül-Həkəm Əmr ibn Hişam ibn əl-Muğirə ibn Abdullah ibn Ömər əl-Qureyşidir. Bənu Məxzum nəslindəndir.
Peyğəmbərlik missiyası başlayandan sonra Məhəmmədə qarşı çıxır və Məkkənin ilk müsəlmanlarını təqib edir. Əbu Cəhl islamın ilk şəhidi Əmmar ibn Yasirin anası Süməyyanı öldürən şəxsdir. Xüsusi qəddarlığına və barışmazlığına görə müsəlmanlar onu Əbu Cəhl () adlandırırdılar.
Əbu Cəhl müsəlmanların boykot edilməsinin təşəbbüskarlarından biri olmuş və onun aradan qaldırılmasına çalışmışdır. Məhəmməd peyğəmbər Mədinəyə köçməzdən əvvəl o, nüfuzlu məkkəliləri Məhəmməd peyğəmbərə sui-qəsd etmək üçün hər qəbilədən bir nümayəndə seçməyə dəvət edir.
Müsəlmanlar Mədinəyə hicrət etdikdən sonra onlara qarşı düşmənçilik fəaliyyətini davam etdirir. 624-cü ildə Əbu Süfyanın karvanını qorumaq üçün hərbi dəstəyə başçılıq edir və Qüreyşlə müsəlmanlar arasında ilk böyük silahlı toqquşmaya girir (bax: Bədr döyüşü). Müsəlmanlar bütpərəstlərin ordusunu məğlub edir və Əbu Cəhl özü də bu döyüşdə həlak olur.
Müsəlmanlar Kolosint bitkisinə () "Əbu Cəhlin qarpızı" adını vermişlərTh. W. Beale, H. G. Keene, An Oriental Biographical Dictionary . W.H. Allen 1894. ISBN 978-1-4047-0648-4, 1404706488.. İstinadlar
Kateqoriya:Məhəmmədə müxalifət Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:Məhəmmədin həyatı