Hind binti Utba (; ) — Məkkənin ən nəcib və nüfuzlu qadınlarından biri, Qureyş lideri Əbu Süfyanın həyat yoldaşı və ilk Əməvi xəlifəsi Müaviyənin anası. Bioqrafiya Onun tam adı Hind binti Utbə ibn Rəbiə ibn Abd-Şəms əl-Qureyşidir. Onun atasının adı Utbə ibn Rəbiə idi. Hind müdrik, təşəbbüskar və məqsədyönlü qadın idi. O, natiqlik qabiliyyətinə malik olub, şeir yazırdı. Cəsur, alicənab və məğrur qadın olması ilə bilinirdi. Atası onu əl-Fakih ibn əl-Muğirə əl-Məxzumi ilə evləndirdi və ondan Əbanı adlı oğul doğdu.

O, üçüncü əri Əbu Süfyanla birlikdə uzun müddət Məhəmməd peyğəmbər və digər müsəlmanlarla ixtilafda idi. Onun qardaşı əl-Valid əmisi Şeybə Peyğəmbərin əmisi Həmzə tərəfindən Bədr döyüşündə öldürülür. Bu səbəbdən o, qisas susuzluğu ilə alovlanır və müsəlmanlara qarşı hərbi kampaniyanın fəal iştirakçısına çevrilir. Məkkəlilərin qələbəsi ilə başa çatan Uhud döyüşündə əri məkkəlilərin ordusuna komandanlıq etmiş və Hind onları döyüşə təşviq etmişdir. Döyüşdən əvvəl Hind Vəhşi ibn Hərbi Həmzəni öldürməyə təhrik edir və onu öldürəcəyi təqdirdə ona azadlıq vəd edir. Vəhşi Həmzəni öldürdükdən sonra dərhal Hində xəbər verir. Döyüş meydanına gələndə o, Həmzənin qarnını yarıb, ciyərini qoparıb çeynəsə də, ürəyi bulanaraq tüpürür.

Müsəlmanlar Məkkəni fəth etdikdən sonra Hind Məhəmməd peyğəmbərin yanına gəlib islamı qəbul etdi. Məhəmməd peyğəmbər qiyabi ölümə məhkum edilməsinə baxmayaraq, onu bağışlamışdır. Bundan sonra edama məhkum edilmiş müsəlmanların digər keçmiş düşmənləri də İslamı qəbul etdilər. Hind Peyğəmbərlə görüşdükdən sonra evindəki bütün bütpərəst heykəlləri məhv etdi. Sonralar Hind müsəlman cəmiyyətinin ictimai həyatında iştirak etdi. Müsəlman əsgərlərinin mənəviyyatını yüksəltmək üçün tez-tez müxtəlif cəbhələrə gedirdi, o cümlədən 634-cü ildə Yərmuk döyüşündə iştirak etmişdi. Yərmuk döyüşündə o, şücaətlə vuruşaraq müsəlmanları ruhlandırmışdı:

İslam ənənəsinə görə, Hind islamı qəbul etdikdən sonra dindar müsəlman olur. 635-ci ildə vəfat edir. İstinadlar

Kateqoriya:Səhabələr Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Qureyş Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VI əsr qadınları Kateqoriya:VII əsr qadınları Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Qadın döyüşçülər Kateqoriya:Orta əsrlər din xadimləri Kateqoriya:Orta əsrlər müharibələrində qadınlar