Ax-Ox çay və ya Ohox çay — İsmayıllı rayonundan axan, Əyriçayın (Göyçayın qolu) sağ qollarından biri. Çay Qovdağ silsiləsindən 2000 metr yüksəklikdən başlayır. Çayın uzunluğu 25 km, hövzəsinin sahəsi 691 km² təkil edir. Suyundan suvarmada istifadə olunur. Axarı boyunca bəzi hissələrdə Dəvəbatan çayı da adlandırılır. Toponim 220px|left|thumb|Ax-Ox çayın yatağı Qədim türk dilində axlak – “yüksəklik, zirvə”, oxlok – “su, çay, axar su” deməkdir. Axox “dağ çayı” mənasını ifadə edirAzərbaycan toponimlərinin ensiklopedik lüğət/ I CİLD //Ax-Ox çay. səh 26.. İstinadlar
Kateqoriya:Azərbaycan çayları