Qardelen (; ; ; Seolqanghva) Çun He-in, Kim Cisu, Yu İnna, Can Sonco, Yun Se-ah, Kim Hyo-yun və Cun Yucin-in baş rollarda çəkildiyi Cənubi Koreya televiziya serialıdır. Qardelen 18 dekabr 2021 – 30 yanvar 2022-ci ildə JTBC-də hər şənbə-bazar günləri saat 22:30-da (Koreya saatı ilə) yayımlanmışdır. O, seçilmiş bölgələrdə Disney+ üzərindən yayım üçün əlçatan olmuşdur.

Süjet Qardelen, Cənubi Koreyada o vaxtkı avtoritar hökuməti ədalətli seçkilər keçirməyə məcbur etmək məqsədilə kütləvi etiraz hərəkatı olan 1987-ci il Demokratiya Hərəkatının fonunda qurulur. Kütləvi etirazlar nəticəsində 1987-ci ilin dekabrında demokratik seçkilər keçirildi ki, bu da sonradan Cənubi Koreyada avtoritar idarəetmənin sona çatmasına və VI Koreya Respublikasında demokratik hakimiyyətin qurulmasına gətirib çıxaracaq.

İm Suho () (Çun He-in) qadın universitet tələbəsi Un Yonro () (Kim Cisu) tərəfindən qan içində aşkar edilən aspirant rolunu oynayır. Qız onu qadın universitetindəki yataqxanada hökumətdən gizlədir. Lakin məlum olur ki, Su-ho göründüyü kimi deyil. Siyasi təlatümlər fonunda cütlüyün hekayəsi açılır və ikisi arasında romantik münasibət yaranır.

Oyuncular

Baş rollar Çun He-in- Im Soo-ho / Im Soo-hyeok rolunda (27 yaş), Şimali Koreya agenti, Cənubi Koreyaya missiya ilə göndərildi. O, magistr dissertasiyası hazırlayan Berlin Universitetinin İqtisadiyyat fakültəsinin aspirantı kimi yaşayır. Kim Cisu- Eun Young-ro rolunda (20 yaş), Hosoo Qadın Universitetində ingilis bölməsinin birinci kurs tələbəsi və Soo-hoya ilk baxışdan aşiq olur. Yu İnna- Kang Chung-ya rolunda (34 yaş), universitet xəstəxanasında işləyən gözəl və bacarıqlı cərrahdır. Can Sonco-Li Kang-moo rolunda (36 yaş), Milli Təhlükəsizlik Planlaşdırma Agentliyinin Birinci Komandanın lideri, həmişə qaydalara əməl edir. Yun Se-ah-Pi Seung-hee rolunda (43 yaş), Hosoo Qadın Universitetinin yataqxanasının müdirəsi. Kim Hyo-yun- Kye Boon-ok rolunda (24 yaş), Hosoo Qadın Universitetinin yataqxanasında maliyyə problemlərinə görə kollecə gedə bilməyən telefon operatoru. Cun Yucin- Jang Han-na rolunda (32 yaş), Milli Təhlükəsizlik Planlaşdırma Agentliyinin impulsiv, lakin ehtiraslı agenti.

Digərləri

Milli Təhlükəsizlik Planlaşdırma Agentliyinə aid olan şəxslər Heo Joon-ho — Eun Chang-soo, Milli Təhlükəsizlik Planlaşdırılması Agentliyinin sədri və Young-ro-nun atası. Park Sung-voong — Nam Tae-il, hakim partiyanın Baş katibi. Li Hwa-ryong- Ahn Kyung-hee, Milli Təhlükəsizlik Planlaşdırılması Agentliyinin Baş Direktoru . Kim Jung-nan Honq Ae-ra rolunda, keçmiş kinoaktrisa, Eun Chang-soo-nun həyat yoldaşı və Young-ro-nun ögey anası. Jung Hye-young Jo Sung-shim rolunda, Nam Tae-ilin həyat yoldaşı. Baek Ji-won Choi Mi-hye rolunda, modelyer və Ahn Kyung-hee-nin həyat yoldaşı.

Yonro-nun ətrafındakı insanlar Jung Shin-hye- Go Hye-ryung rolunda, Vokal musiqisi bölməsinin dördüncü kurs tələbəsi və Young-ro-nun otaq yoldaş. Kim Min-Su- Yeo Jung-min rolunda, Tarix fakültəsinin dördüncü kurs tələbəsi və Young-ro-nun yataq yoldaşı. Choi Hee-jin- Yun Seol-hee rolunda, Ev İdarəetmə Departamentində birinci kurs tələbəsi və Young-ro-nun yataq yoldaşı. Song Geon-hee -Young-ro-nun qardaşı Eun Young-woo rolunda. Ahn Dong-goo- Choi Byung-tae rolunda, Hye-ryunqu sevən hərbi akademiya kursantı. Kim Jong-soo -Kim Man-dong rolunda, Hosoo Qadın Universitetində yataqxananın meneceri. Nam Mi-jung -Oh Deok-shim rolunda, Hosoo Qadın Universitetində yataqxana mətbəxinin aşpazı. Kim Jeong-hoon- Kim Sang-beom rolunda, Man-dongun oğlu olan qanqster.

Su-honun ətrafındakı insanlar Kim Min-kyu- Joo Gyeok-chan rolunda, Şimali Koreya agenti. Jang In-sub- Eung-chul rolunda, Şimali Koreya agenti. Heo Nam-joon- Oh Kwang-tae rolunda, Hye-ryunqdan xoşlanan universitet tələbəsi. Jeon Moo-song — Rim Ji-rok, Birləşmiş Cəbhə Departamentinin rəhbəri, KXDR və İm Soo-hyeokun (İm Su-ho) atası. Jeon Ae-ri- Çoi Su Ryun rolunda, KXDR Dövlət Təhlükəsizlik Nazirliyinin direktor müavini

Digərləri Jung Yi-seo -Shin Kyung-ja rolunda Park Ye-ni- Kim Ye-ni kimi Lee Jung-hyun- Park Geum-cheol rolunda

Bölümlər

Mükafatlar İl Mükafat Kataqoriya Alıcı(lar) Nəticə 2022 Blue Dragon Series Awards Ən yaxşı Dram Snowdrop Ən yaxşı Akrtisa Cisu Yu İn-na Yun Se-ah Ən yaxşı köməkçi aktrisa Cisu Yu İn-na Yun Se-ah İlin yeni oyuncusu Cisu SEC Awards Ən yaxşı Asiya serialı Snowdrop Featured in Asian Series Jisoo

İstinadlar

Kateqoriya:Uydurmada Şimali Koreya Kateqoriya:Dram teleserialları Kateqoriya:Tarixi teleseriallar Kateqoriya:Disney+ orijinal proqramları