thumb|Yapon əsgərləri tərəfindən güllələnmiş meyitlələrlə dolu olan çayın sahili Nankin qırğını ( - İkinci Çin-Yapon Müharibəsinin bir epizodu. Bu zaman Çin Respublikasının paytaxtı Nankin şəhərində yapon əsgərləri dinc əhaliyə qarşı kütləvi qətllər və zorlamalar törətmişlər. Zorakılıq 1937-ci il dekabrın 13-dən, yaponların şəhəri tutduğu gündən başlayaraq altı həftə davam etdi. Bu dövrdə Yapon İmperator Ordusunun əsgərləri müxtəlif hesablamalara görə 40.000-dən 500.000-ə qədər çinli mülki şəxs və tərksilah edilmiş əsgərləri Levene, Mark and Roberts, Penny. The Massacre in History. 1999, page 223—224Totten, Samuel. Dictionary of Genocide. 2008, 298—299. qətlə yetirmiş, həmçinin çoxlu sayda zorlama və soyğunçuluq törətmişlər. Bu cinayətlərin əsas günahkarlarından bir neçəsi Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal və Nankin Müharibə Cinayətləri Tribunalı tərəfindən mühakimə olunaraq edam edilmişlər. Bununla belə, bu qırğınların törədilməsində əsas günahkar kimi güman olunan Yapon imperator ailəsinin üzvü olan şahzadə Asako, əvvəlcədən anti-Hitler koalisiyasındakı müttəfiqlərdən mühakimə olunmaqdan immunitet aldığı üçün, cinayət məsuliyyətinə cəlb olunmaqdan kənarda qalmağa müvəffəq oldu.
Nankin qırğınına həsr olunmuş yapon hərbi arxivlərin əksəriyyəti 1945-ci ildə Yaponiyanın təslim olmasından qısa müddət sonra məxfiləşdirilərək məhv edildiyi üçün tarixçilər zorakılıq qurbanlarının dəqiq sayını bilmirlər. 1948-ci ildə Uzaq Şərq üzrə Beynəlxalq Hərbi Tribunal 200.000-dən çox çinlinin öldürüldüyünü təxmin edirdi. ÇXR-in rəsmi mövqeyi 300.000-dən çox insanın öldürüldüyünü bildirmiş və 1947-ci ildəki Nankin Müharibə Cinayətləri Tribunalının qiymətləndirməsinə əsaslanmışdı. 1980-ci illərdən bəri qurbanların ümumi sayı elmi müzakirələrin daimi mövzusu olmuşdur .
2007-ci ilin dekabrında ABŞ əvvəllər məxfi olan sənədləri, o cümlədən yaponlar şəhəri ələ keçirdikdən bir gün sonra ABŞ-nin Almaniyadakı səfirinin teleqramını təqdim edildi. Bu teleqramda o, Yaponiyanın Berlindəki səfirinin Şanxaydan Nankinə kimi yürüş zamanı 500.000 çinlinin öldürülməsi haqqında danışdığını eşitdiyini yazmışdı. Arxiv araşdırmalarına görə, Amerika diplomatının göndərdiyi teleqramda Şanxayda və daha altı əyalətdə yarım milyon çinlidən bəhs edilir
Nankin qırğını həm də siyasi məsələ olaraq qalır, çünki onun ətrafında aparılan müzakirələr mütəmadi olaraq tarixi revizionizmi və yapon millətçiliyi kimi hissiyatlı məqamlara toxunur. Onun tərəfdarları faciənin şişirdilmiş və ya tamamilə təbliğat məqsədilə uydurulduğunu iddia edirlər. Bu və ya digər şəkildə Yaponiyanın həm Çinlə, həm də Cənubi Koreya və Filippin kimi Asiya-Sakit Okean regionunun digər ölkələri arasında olan münasibətlərdə gərginliyi saxlamaqdadır.
Yaponiya hökuməti yapon ordusu tərəfindən Nankində çoxlu sayda əhalinin öldürüldüyünü, talançılıq və digər zorakarlıqların olduğunu etdiyinə, orada xidmət edən yapon veteranlarının vəhşiliklərin baş verdiyini təsdiq etməklərinə baxmayaraq, yapon isteblishmenti və cəmiyyətində olan fəal azlıq dəymiş zərərin yalnız hərbi tərəfdən olduğunu və cinayətlərin baş vermədiyini bəyan edirdilər. Kütləvi qətllərin inkarı və bu tarixi hadisəyə revizionist yanaşma yapon millətçiliyinin tərkib hissəsi olmuşdur Yoshida, Takashi. The Making of the «Rape of Nanking». 2006, page 157—158. Yaponiyanın özündə də Nankin qırğınına fərqli münasibət var, lakin yalnız bəziləri bunun baş verdiyini inkar edir .
Hərbi vəziyyət 1937-ci ilin avqustunda Yapon ordusu Şanxaya daxil olan zaman, burada şiddətli müqavimətlə qarşılaşaraq böyük itkilər vermişdi. Hər iki tərəf şəhər şəraitində yaxın döyüşdə inadla vuruşduğundan döyüşlər qanlı keçmişdi. Noyabrın ortalarında yaponlar Şanxayı dəniz bombardmanı köməyi ilə ələ keçirtdilər. Böyük itkilər və qoşunların əhval-ruhiyyəsinin aşağı olması səbəbindən Tokiodakı baş qərargah hərbi əməliyyatları genişləndirməmək qərarına gəlib. Buna baxmayaraq, dekabrın 1-də o, iki orduya - Mərkəzi Çin və 10-cu Ordulara Çin Respublikasının paytaxtı olan Nankin şəhərini tutmaq əmrini verdi.
Paytaxtın köçürülməsi Şanxay uğrunda döyüşündəki məğlubiyyətdən sonra Çan Kayşi başa düşdü ki, Nankinin süqutu zaman məsələsidir. O və onun tərəfdaşları belə qənaətə gəldilər ki, paytaxt uğrunda siyasi cəhətdən vacib, lakin ümüdsiz müdafiə döyüşündə ən yaxşı qoşunlarını riskə atmaq imkanı yoxdur. Ordunu gələcək döyüşlərə saxlamaq üçün onun böyük hissəsi şəhərdən çıxarıldı. Çan Kayşi strategiyası yapon ordusunu Çinin dərinliklərinə çəkmək və sonra onun geniş ərazisindən əsas müdafiə vasitəsi kimi istifadə etmək kimi öz alman müşavirlərinin tövsiyələrinə əməl etmək idi. Çan uzun sürən tükəndirmə müharibəsi aparmağı və yaponları Çinin dərinliklərində taqətdən salmağı planlaşdırırdı.
Yapon qoşunlarının şəhərə yaxınlaşmasını görən Çan general Tan Şençjji şəhərə məsul şəxs təyin edərək, öz yaxın tərəfdaşları ilə Uxan şəhərinə yola düşdülər. Burada onlar, 1938-ci ildə həmin şəhərə hücum olunanadək qaldılar.
Nankinin Müdafiə Planı General Tan xarici jurnalistlərə verdiyi press-relizdə şəhərin təslim olmayacağını və ölənəcən döyüşəcəyini bildirib. Generalın sərəncamında 100.000-ə yaxın əsgər var idi, əksəriyyəti təlim keçməmiş olduğuna baxmayaraq, kiçik hissəsi Şanxay uğrunda son döyüşdə iştirak etmişdi. Əhalinin şəhərdən qaçmasını dayandırmaq üçün o, Çan Kay-Kayşidən aldığı göstərişə uyğun olaraq əsgərlərə limanı qorumağı əmr etdi. Ordu genişmiqyaslı təxliyələrə qarşı çıxmaq üçün yolları bağlayıb, qayıqları məhv edib və ətraf kəndləri yandırmışdı.
Çin hökuməti dekabrın 1-də Nankin, prezident isə 7-də getdi. Şəhərin taleyi Yon Rabenin başçılıq etdiyi Beynəlxalq Komitənin ümidinə qalmışdı.
Müdafiə planı, əvvəllər Şanxayda yaponlar tərəfindən məğlub edilmiş Çin bölmələrinin mövqelərindən qaçışı ilə əlaqədar çox tez pozuldu. Bu, şəhərin müdafiəçilərinin döyüş ruhuna mənfi təsir göstərdi, onların çoxu sonralar onun uğrunda gedən döyüşlərdə və yaponlar tərəfinfən Nankinin işğalı zamanı həlak oldular.
Yapon ordusunun yaxınlaşması
Şəhərin yaxınlığında törədilən yapon hərbi cinayətləri thumb| Tokio Nichi Nichi Shimbunda nəşr olunan " Yüz insanı qılıncla öldürmək üçün yarışma " məqaləsi. Başlıqda deyilir: "'İnanılmaz Rekord' (100 nəfərlik kəsmə yarışı) —Mukai 106-105 Noda — hər iki leytenantın əlavə inninqlərə (beysbolda atış) ehtiyacı olacaq". Qırğın üçün vaxt qrafiki adətən Nankinin süqutundan altı həftə sonra müəyyən edilsə də, yapon ordusu bu müddətdən sonra da cinayətlər törədib. Yapon ordusunun Şanxaydan Nankinə yürüş zamanı çoxlu vəhşiliklər törətdiyi bildirilir.
O dövrdə İmperator Ordusuna bağlı bir yapon jurnalistinin dediyinə görə, “10-cu Ordunun Nankinə doğru kifayət qədər sürətlə irəliləməsinin səbəbi əsgər və zabitlərin yolda kimi və necə qarət və təcavüz edə biləcəyini, sırf başa düşməsindən irəli gəlirdi. ”
Romançı Tatsudzo İsikava "Canlı əsgərlər" kitabında Şanxay Ekspedisiya Ordusunun 16-cı diviziyasının əsgərlərinin Şanxaydan Nankinə yürüşdə törətdikləri vəhşilikləri ətraflı şəkildə təsvir edir. Onun təsvirləri yazıçının 1938-ci ilin yanvarında Nankin şəhərində qeydə aldığı hərbi qulluqçularla müsahibələr silsiləsi əsasındadır.
Ola bilsin ki, vəhşiliklərin ən məşhuru iki yapon zabiti arasında öldürmə yarışması olub. Bu barədə məqalələr Tokio Nichi Nichi Shimbun və ingilisdilli Japan Advertiser qəzetlərində dərc olunub. Müsabiqə ondan ibarət idi ki, iki zabit yalnız qılıncdan istifadə edərək, mümkün qədər tez zaman ərzində yüz adamı öldürməyə çalışıb və nəticə əldə etmək üçün kimin bunu daha sürətlə edəcəkləriinə görə yarışıblar. Yapon mətbuatı tərəfindən əldə olunmuş xallar barədə gündəlik hesabatlar idman hadisəsi kimi işıqlandırılmışdı. 1967-ci ildən bəri Yaponiyada bu müsabiqə haqqında qəzet xəbərlərinin doğruluğu ilə bağlı mübahisələr səngimir.
2000-ci illərdə tarixçi Vakabayaşi bu hadisənin qondarma olduğunu iddia edən yapon tədqiqatçılarına etiraz etdi. Yapon tədqiqatçılarının bildirdiyinə görə guya bu, əslində xalqın döyüş ruhunu (yamato) qaldırmaq üçün əsgərlərlə əldə edilmiş sövdələşmə idi . 2005-ci ildə Tokio Rayon Məhkəməsi “müsabiqəni təşkil edən zabitlərin ailələrinin iddiasını rədd edərək, “leytenantların 100 nəfəri öldürmək niyyətlərini etiraf etdikləri” və hadisənin qeyd-şərtsiz uydurma sayıla bilməyəcəyi qənaətinə gəldi Hakim həmçinin orijinal nəşrlərin altmış ildən çox yaşı olduğunu əsasgötürürdü Yaponiyada bu hadisənin həqiqiliyi mübahisəli olaraq qalır.
Mülki əhalinin qaçışı Yapon ordusu Nankinə yaxınlaşdıqca, çin əhalisi nəinki qarşıda gələn döyüşün təhlükəsindən, həm də çin qoşunlarının istifadə etdiyi yandırılmış torpaq taktikasının nəticələrindən qorxaraq çaxnaşma içində şəhəri tərk etdi.
Çinlilər şəhərin şimal hissəsində, eləcə də bir neçə şəhər darvazası yaxınlığında binaları yandırırdılar. 1937-ci il qiymətləri ilə dəyəri 20-30 milyon ABŞ dolları şəhər divarlarının içərisində və çölündə olan əşyalar, nazirliklərdən birinin binası, ordu kazarmaları, meşələr və digər obyektlər yandırılırdı.
Nankin Təhlükəsizlik Zonasının yaradılması O dövrdə Nankində bir çox avropalı yaşayır, ticarət və missionerlik fəaliyyəti ilə məşğul olurdu. Yapon ordusu yaxınlaşan zaman onların çoxu şəhəri tərk etdi. Cəmi 27 əcnəbi qaldı. Onlardan beşi şəhərin süqutundan sonra bir neçə gün şəhərdə qalan və dekabrın 16-da Nankini tərk edən jurnalistlər idi. Digər iyirmi iki nəfərdən on beşi qərb məhəlləsində Nankin təhlükəsizlik zonası üzrə Beynəlxalq Komitə adlı bir komitə yaratdı. Komitənin rəhbəri NSDAP- ın üzvü olduğu və Almaniya ilə Yaponiya arasında isə Anti-Komintern Paktı bağlandığı və fəaliyyət göstərdiyi üçün Yon alman iş adamı olan Rabe seçilmişdir.
Yaponiya hökuməti şəhərin çin hərbçilərinin olmayacağı hissələrinə hücum etməməyə əvvəlcədən razılaşdı, öz növbəsində, Komitə üzvləri Çin hakimiyyətini qoşunları bu zonadan çıxarmağa inandıra bilmişdilər.
01 dekabr 1937-ci ildə Nankin meri Ma Çaotszyun şəhərdə qalan bütün çinlilərə “təhlükəsizlik zonasına” toplaşmağı əmr etdi. Dekabrın 7-də bir çoxları, o cümlədən, hökumət rəsmiləri şəhəri tərk etdi və Beynəlxalq Komitə Nankində de-fakto olaraq idarəetmə orqanına çevrildi.
Şahzadə Asakanın yapon qoşunlarına komandir təyin edilməsi thumb|Şahzadə Yasuhiko Asaka 1940-cı ildə Aralarında gərginlik yarandıqdan sonra imperator Hirohito öz memorandumu ilə şahzadə Asakanın davranışı haqqında neqativ şəkildə şərh edərək onu saraydan uzaqlaşdırıb. O, saraydan uzaqlaşdırılan şahzadəni “nəticə çıxarsın” deyə cəza kimi Nankinə təyin etdi. Ehtimal olunur ki, Hirohito şahzadənin Nankin qırğınındakı rolundan xəbəri olmayıb və ya bunu etiraf etmək istəməyib .
Dekabrın 5-də Asaka təyyarə ilə Tokionu tərk etdi və üç gün sonra cəbhəyə gəldi. Ona, diviziya komandirləri general-leytenant Kasaqo Nakajima və Heisuke Yanaqava ilə görüş zamanı, məlumat verildi ki, yaponlar Nankin yaxınlığında 300.000 Çin əsgərini praktiki olaraq mühasirəyə almış və ilkin danışıqlar zamanı çinlilərin təslim olacağı ehtimalı ola bilər.
Şahzadə Asaka “bütün əsirləri öldürmək” əmrini verməkdə və bununla da döyüş zamanı və döyüşdən sonra törədilmiş cinayətlərə formal əsas verməkdə ittiham olunur Chen, World War II Database . Bəzi müəlliflər şahzadənin Nankindəki yapon əsgərləri üçün “bütün əsirləri öldürmək” əmrini imzalaması faktı ilə razıdırlar . Digərləri hesab edir ki, general-leytenant İsamu Ço belə bir əmri şahzadənin xəbəri olmadan, onun imzası ilə göndərmişdir Iris Chang, The Rape of Nanking, 1997, p. 40. Lakin bu, aşağıdan gələn təşəbbüs olsa belə, şahzadə qoşunların başçısı idi, yəni ona həvalə edilmiş qoşunların fəaliyyətlərinə görə cavabdeh olaraq qalırdı və qırğınların qarşısını almaq üçün heç nə etməmişdir. General İvane Matsui qırğınlar başlanandan dörd gün sonra şəhərə gələndə isə, onun tərəfindən verilmiş ciddi əmr qırğınların son qoyulmasına kifayət etmişdi.