Loks-Lend adası () — Kanada Arktik arxipelaqının bir hissəsidir. Adada hazırda yaşayış yoxdur (2012). Coğrafiya Loks-Lend adası Baffin Torpağının Blant yarımadasının cənub-şərqində yerləşir. Ada Frobişer körfəzinin şimal-şərq girişində qərarlaşır. Cənubda (boğazın o tayında) Ecell və Rezolyoşen adaları yerləşir. Adanın sahəsi 419 km², sahil xəttinin uzunluğu 206 km-dir.

Loks-Lend adasının maksimum uzunluğu 30 km, eni isə 25 km-dir. Relyefinə görə ada iki hissəyə bölünür: adanın şimal üçdə ikisi hündürlüyü 300 metrə qədər olan dağlıq ərazilərdən ibarət olan yüksəklik, cənub üçdəbir hissəsi 50 metrdən az olan düzənlikdir. Sahil çoxlu sayda buxta və körfəzlərlə sıx girintilidir.

Loks-Lend adası Kanada Arktik Arxipelaqının adalarından biridir ki, burada Şimal Xəbərdarlıq Sisteminin bir hissəsi olan və BAF-4A kod nömrəsinə malik (1992-ci ilin avqustundan fəaliyyətdədir) avtomatik erkən xəbərdarlıq radar stansiyası vardır.

Tarix Martin Frobişer adaya ilk səfər edən şəxs olmuş və onu 1570-ci ildə Arktika ekspedisiyasının sponsorlarından biri olan Mikael Lokun şərəfinə adlandırmışdır.

İstinadlar

Kateqoriya:Kanada adaları Kateqoriya:Labrador dənizinin adaları Kateqoriya:Kanada Arktik arxipelaqı Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları