Maqnetik adası () — ABŞ-nin Alyaska ştatındakı Kuk körfəzindəki ada. Ada yüksək Qabarma və çəkilmə zamanı suyun altında batan dayazlıqlarla əhatə olunub. Maqnetik adını 1951-ci ildə maqnetizm təsirinin olması səbəbindən alır. Tarix Maqnit adası arxeoloji tapıntılarla diqqət çəkir. E.ə 1800-1400-cü illərdə burada yaşayışın olması aşkar edilmişdir. 2012-ci ildə qazıntılar zamanı Arktika kiçik alət ənənəsinə aid kəsilmiş daşlar, ocaq qalıqları və daş alətlər aşkar edilmişdir. Buradan 32 km aralıda yerləşən Redout və İliamna vulkanlarınınRogers, Jason; et al. (2013). «The Arctic Small Tool Tradition on Cook Inlet: The Magnetic Island Site, Tuxnedi Bay, Alaska». Alaska Journal of Anthropology (Volume 11): 119—138. aktivliyi ilə əlaqədar olaraq qədim sakinlər tərəfindən ada tərk edilmişdir. 2015-ci ildə ada ABŞ-nin Tarixi Yerlər Milli Reyestrində qeyd edilir. Adada daimi əhali yoxdur, tarixi tapıntıları qorumaq üçün buraya giriş məhduddur. İstinadlar

Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizi adaları