Honaz dağı — Türkiyənin Dənizli ilinin şimal-şərqi boyunca Egey ve Aralıq dənizi bölgələrini ayıran təbii sərhəd olaraq uzanan dağ. Qədim mənbələrdə Kadmos dağı kimi qeyd olunur. Orta əsrlərdə baş vermiş Kadmus dağı döyüşündə səlcuqlular dağın yamaclarında fransızları məğlub etmişdilər.
Honaz dağı Dənizlinin dağla eyni adı daşıyan mahalında yerləşir. Egey bölgəsinin ən yüksək dağı olan Honaz dağının dəniz səviyyəsindən yüksəkliyi 2571 metrdir."Milli Park". Honaz Kaymakamlığı. 1995-ci il 21 aprel tarixində milli park elan edilmişdir.
Milli park ərazisində çöldonuzu, dovşan, tülkü, porsuq, müxtəlif ilan növləri var. Milli parkda dağ keçisi xüsusilə çoxdur.
Həmçinin bax Murad dağı Mədətsiz dağı Artos dağı
İstinadlar
Kateqoriya:Türkiyə dağları
Kateqoriya:1995-ci ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Asiya dağları Kateqoriya:Türkiyədəki stratovulkanlar Kateqoriya:Dağ zirvəsi – ikiminliklər Kateqoriya:Dənizli ili Kateqoriya:Türkiyə milli parkları Kateqoriya:Kateqoriya BTMİ II