Pavlov adaları (, Bergsland, K Aleut Dictionary Fairbanks: Alaska Native Language Center, 1994) — ABŞ-nin Alyaska ştatı ərazisində, Pavlof körfəzinin cənubunda, Şərqi Aleut adaları borosunda yerləşən yeddi adadan ibarət qrup. Qrupa daxil olan adalar:Dolqaya () (qrupun ən böyük adası), Qoloy (), İnner İlyasik (), Aute İlyasik (), Popereçnoy (), Ukolnaya (), Voznesenski (). Ümumi sahəsi 206.265 km²-dir.

Həvari Pavelin şərəfinə ad ilk dəfə 1836-cı ildə rus kapitanı Fyodor Litkenin qeydlərində rast gəlinmişdir.

Pavlov vulkanı Ən aktiv stratovulkan burada yerləşir. Müşahidə zamanı vulkan 40 dəfədən çox püskürüb. 20-ci əsrdə ən güclü vulkan püskürmələri 1981, 1983, 1986, 1996 və 2007-ci illərdə baş vermişdir. 1911-ci ildə başlayan püskürmə 5 il davam etmişdir. Vulkanın sonuncu şiddətli püskürməsi 2013-cü ildə baş verib. Bu püskürmə nəticəsində kül buludları 10,6 min metr hündürlüyə çatmışdır. Sonuncu aktivlik 7 iyun 2017-ci ildə müşahidə olunmuşdur.

Tarix 1838-ci ildə hidroqrafik baydarka ekspedisiyasının rəhbəri Aleksandr Kaşevarov Çukot dənizinin şərq sahillərini Kosebu körfəzindən, Barrou burnundan 50 kilometr şərqdə yerləşən nöqtəyə qədər ərazini tədqiq edir. Kaşevarov ilk dəfə 156 ° -dən 166 ° qərb uzunluğuna qədər sahil zonasının ətraflı təsvirini tərtib edir.

Pitka Pavlov və kürəkəni Sergey Çeroski 1893-cü ildə Berç Krik ərazisində qızıl tapır və bu qızıl mədənçilərinin diqqətini cəlb edir. Nəticədə ərazidə Serkl qəsəbəsi inşa edilir. İstinadlar

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Berinq dənizi adaları Kateqoriya:Aleut adaları Kateqoriya:Aleut adalarına daxil olan adalar Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları