250px|thumb|right|Avstraliyanın Melburn şəhərində avtostop sistemi.

Avtostop — işıqfor və digər siqnal vasitələrinin işarəsinə görə dəmiryol qatarını avtomatik dayandıran qurğular sistemi. Maşinist yolun bağlı olduğunu göstərən işarə qarşısında qatarı saxlamadıqda avtostop rels dövrəsinin köməyi ilə qatarı avtomatik dayandırır. Bunun üçün relsin yanında induktor qoyulur və bu, yol işarə qurğusu ilə birləşdirilir. Avtostopun tətbiqi maşinistin diqqətsizliyi üzündən baş verə biləcək qəzanın qarşısını alır, işarəyə riayət olunmasını təmin edir.

İstinadlar

Əlavə ədəbiyyat

Kateqoriya:Dəmiryol nəqliyyatı Kateqoriya:Siqnallar