Çuqinadak (, ) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada.
Coğrafiya Adanın sahəsi 167 km²-dir. Adanın uzunluğu 23 km, eni isə 9,7 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1730 m yüksəklikdədir. Adada dünyanın ən aktiv vulkanlarından biri — Çuqinadakın demək olar ki, yarısını tutan Klivlend vulkanı yerləşirAstronomy Picture of the Day: "22 June 2010" . Vulkanı adanın alçaq şərq hissəsindən dar bir quru zolaq ayırır.
Ada tundra bitkiləri, mamırlar, şibyələrlə örtülüdür. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.
İstinadlar
Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları