Kurqan fərziyyəsi (nəzəriyyəsi) — erkən Hind-Avropa mənşəyinin Qara dəniz-Xəzər çöllərində tapılan arxeoloji “Kurqan mədəniyyəti”nə mənsub olduğunu irəli sürən nəzəriyyələrdən biridir. Kurqan türkcə “koruqan” sözündən götürülmüş olub, hörülmüş məzar mənasını verən bir termindir.
Kurqan modeli Hind-Avropa tayfalarının mənşəyi ilə bağlı ən çox qəbul edilən təklifdir. Kurqan təhlili olduqca maraqlıdır və bir çox arxeoloq və linqvistik tərəfindən tam və ya qismən qəbul edilmişdir.
Kurqan fərziyyəsi ilk dəfə 1950-ci illərdə Marija Gimbutas tərəfindən irəli sürülmüşdür. Gimbutas “Kurqan mədəniyyəti”ni bir-birini izləyən dörd ardıcıl dövrün nəticəsi kimi tanımışdır. Ən qədimi (I Kurqan) Mis dövrünə (e.ə. 4-cü minilliyin əvvəlləri) aid olan və Dnepr/Volqa arasında tapılmış Samara və Seroqlazovka mədəniyyətlərini də ehtiva edir. Fərziyyəyə görə, bu mədəniyyətlərin köçəri tayfaları eramızdan əvvəl III minilliyə qədər Qara dəniz-Xəzər çöllərinə və Şərqi Avropaya yayılmışdırlar.
thumb|200px|sol|At arabasının tarixi yayılma arealı. Şəkildə göstərilmiş tarixlər təxmini olaraq eramızdan əvvəlki illərdir.
Nəzəriyyə ilk dəfə 1956-cı ildə Tarixdən əvvəlki Şərqi Avropa kitabının I hissəsində təqdim edilərkən, Marija Gimbutasın Hind-Avropa mənşələrinin axtarışına verdiyi töhfə arxeologiya və linqvistika fənlərinin sintezinə səbəb oldu. Hind-Avropa mənşəyinin Kurqan modeli Qara dəniz-Xəzər çöllərini Proto-Hind-Avropa (PHA) vətəni kimi təklif edir. Regionda müxtəlif qədim dövrlərdə PHA dialektlərinin danışıldığı hesab edilir. Modelə görə, Kurqan mədəniyyəti bütün Qara dəniz-Xəzər çöllərini əhatə edənə qədər yayılmağa davam etmişdirVere Gordon Childe, The Aryans: A Study of Indo-European Origins (London: Kegan Paul, 1926).Ernst Wahle (1932). Deutsche Vorzeit, Leipzig 1932.. (IV Kurqan eramızdan əvvəl 3000-ci illərdə Yamnaya mədəniyyəti ilə əlaqələndirilir.)
Atın əhliləşdirilməsindən və daha sonra ilk at arabasının istifadəsindən faydalanan Kurqan mədəniyyəti bütün Yamnaya zonasına yayılırKarl Brugmann, Kurze vergleichende Grammatik der indogermanischen Sprachen, vol. 1, Strassburg 1902, pp. 22–23.Karl Penka, Origines Ariacae: Linguistisch-ethnologische Untersuchungen zur ältesten Geschichte der arischen Völker und Sprachen (Vienna: Taschen, 1883), 68.. Atın əhliləşdirilməsinin ilk güclü arxeoloji sübutu Ukraynadakı Azov dənizinin şimalındakı Sredny Stoq mədəniyyətinə aiddir və erkən PHA və ya eramızdan əvvəl V minilliyə aid PHA-dan da əvvəlki dövrə müvafiqdirKarl Brugmann, Grundriss der vergleichenden Grammatik der indogermanischen Sprachen, vol. 1.1, Strassburg 1886, p. 2..
Daha sonra çöllərdən kənara yayılma hibrid mədəniyyətlərə və ya Gimbutas terminini işlədərək desək, “kurqanlaşmış” mədəniyyətlərə səbəb olmuşdur. Təxminən eramızdan əvvəl 2500-cü illərdə proto-yunanların Balkanlara köçü və köçəri hind-fars mədəniyyətlərinin şərqə doğru köçü məhz bu kurqanlaşmış mədəniyyətlərdəndir
Kurqan mədəniyyəti
293px|thumb|sağ|Kurqan modelinə görə e.ə 4000-1000-ci illər arasındakı Hind-Avropa miqrasiyaları. Galibarda zona (Samara mədəniyyəti, Srednıy Stoq mədəniyyəti). Qırmızı sahə e.ə 2500-cü ilə kimi Hind-Avropa dili danışan cəmiyyətlər və narıncı sahə e.ə 1000-ci ilə qədər.
Gimbutas 1956-cı ildə II Srednıy Stoq, Yamna və Döyüş baltası mədəniyyətini (Şərqi və Şimali Avropanın əksər hissəsinin IV və III minilliklərini əhatə edən) birləşdirən daha geniş terminə istinad etmək üçün 7 “Kurqan mədəniyyəti” terminini müəyyən etmiş və istifadə etmişdir. “Kurqan mədəniyyəti” modeli Kalkolitdən Erkən Tunc dövrünə qədər bir çox mədəniyyətlər arasında oxşarlığı nəzərdə tutur. Modelə adını verən kurqanlar bir çox vacib amillərdən yalnız biridir. Arxeoloji mədəniyyətlərin qruplaşdırılmasında həmişə olduğu kimi, bir mədəniyyət ilə digər mədəniyyət arasındakı ayırıcı xətt aydın şəkildə çəkilə bilməz və müzakirəyə açıqdır.
Gimbatusun “Kurqan mədəniyyəti”nə daxil olan mədəniyyətlər:
Bug-Dniester (e.ə. VI minillik) Samara (e.ə. V minillik) Kvalınsk (e.ə. V minillik) Srednıy Stoq (e.ə. V minilliyin ortalarından - eramızdan əvvəl IV minilliyin ortalarına qədər) Dnepr-Don (e.ə. V-IV minilliklər) Usatovo (e.ə. IV minilliyin sonu) Maykop-Dereivka (e.ə. IV minilliyin ortalarından - eramızdan əvvəl III minilliyin ortalarına qədər) Yamnaya
Devid Entoni “Kurqan mədəniyyəti” terminini heç bir mənası olmayan bir termin hesab edir. Onun sözlərinə görə, “Kurqan mədəniyyəti o qədər geniş şəkildə müəyyən edilib ki, demək olar ki, kurqan məzarı olan istənilən mədəniyyəti, hətta kurqan məzarı olmayan mədəniyyəti belə bu tərifə daxil etmək mümkündür”. Buna görə də o, bu termindən istifadə etmir və bunun əvəzinə Yamnaya mədəniyyətini və onun digər mədəniyyətlərlə əlaqəsini nəzərdən keçirir. O, Maykop mədəniyyətini bu mədəniyyətlərə daxil etmir, çünki onların danışdıqları dilin Hind-Avropa dili deyil, Qafqaz dili olduğunu ehtimal edir.
Mədəniyyət və yayılma mərhələləri
350px|thumb|sağ|Kurqan modelinə ümumi baxış.
Gimbutasın orijinal təklifi Kurqan mədəniyyətinin 4 ardıcıl mərhələsini müəyyən edir:
I Kurqan, Dnepr/Volqa zonası, eramızdan əvvəl IV minilliyin birinci yarısı. Görünür, Volqa hövzəsinin mədəniyyətlərindən gəlir. Onun alt qruplarına Samara və Seroqlazovka daxildir. II–III Kurqan, eramızdan əvvəl IV minilliyin ikinci yarısı. Şimali Qafqazda yerləşən Srednıy Stoq mədəniyyətini və Maykop mədəniyyətini əhatə edir. Daş üzüklər, erkən döyüş arabaları, ilahların antropomorfik stelaları. IV Kurqan və ya Yamnaya mədəniyyəti, eramızdan əvvəl III minilliyin birinci yarısı, Uraldan Rumıniyaya qədər bütün çöllərin əhatə edilməsi. Təklif olunan 3 ardıcıl yayılma dalğası mövcuddurThe New Encyclopædia Britannica, 15th edition, 22:587–588:
I Dalğa I Kurqana qədər uzanır, aşağı Volqadan Dniperə qədər yayılır, I Kurqan və Cucuteni-Trypillian mədəniyyətinin eyni vaxtda mövcudluğu. Köçlərin effekti ilə Balkanlara qədər yayılmışdır, Dunay boyunca Serbiyadakı Vinça mədəniyyətinə və Macarıstandakı Lengyel mədəniyyətinə qədər təsir sahəsi olmuşdur. II dalğa eramızdan əvvəl IV minilliyin ortalarında Maykop mədəniyyətindən yaranır və eramızdan əvvəl III minillikdəki “kurqanlaşmış” hibrid mədəniyyətlərinin (Qlobular Amfora mədəniyyəti, Baden mədəniyyəti və nəhayət, Döyüş baltası mədəniyyəti) Şimali Avropadakı inkişafı ilə başa çatır. Qumbitas bunu Hind-Avropa dillərinin Qərbi və Şimali Avropaya ilk girişi kimi görür. III dalğa, eramızdan əvvəl 3000-2800-cü illər, Yamnaya mədəniyyətinin çöllərdən kənara yayılması, müasir Rumıniya, Bolqarıstan, Şərqi Macarıstan və Gürcüstan ərazilərində xarakterik kurqan tipli məzarların meydana gəlişi. Gürcüstandakı Trialeti mədəniyyətinin və Kukuteni-Tripilli mədəniyyətinin son (e.ə. 2750-ci il) dövrünə təsadüf edir and invasive..
Zaman qrafiki
4500-4000 Proto PHA. Srednıy Stoq, Dneper-Don və Samara mədəniyyətləri, atın əhliləşdirilməsi (I dalğa). 4000-3500 Yamnaya mədəniyyətinin yaranması, kurqan tikintisinin ilk nümunələri. Şimali Qafqazda Maykop mədəniyyəti. Hind-Het modelləri Proto-Anadolu dillərinin bu tarixdən əvvəl ayrıldığını göstərir. 3500-3000 Orta PHA. Yamnaya mədəniyyəti zirvədədir. Son Neolit Avropa cəmiyyətləri ilə yaradılan əlaqələr Qlobular Amfora və Baden mədəniyyətlərini kurqanlaşdırır (II dalğa). Maykop mədəniyyəti Tunc dövrünə daxil olmağın ilk əlamətlərini göstərir. Tunc silah və alətlər Yamnaya ərazisinə keçir. 3000-2500 Son PHA. Yamnaya mədəniyyəti bütün Qara dəniz çöllərində yayılır (III dalğa). İpli dulusçuluq mədəniyyəti Reyndən Volqaya qədər uzanır. Bu proseslərdən təcrid olunmuş Anadolu və Tokaryan qolları istisna olmaqla, bütün qruplar hələ də texnologiya və alış-verişlə yüngül təmasdadırlar. Satemizasyanın fonetik meylləri hələ də görünür.
İstinadlar
Əlavə ədəbiyyat
. .
.
.
Xarici keçidlər
Humanjourney.us, The Indo-Europeans
Kateqoriya: Arxeoloji mədəniyyətlər Kateqoriya:Etnik qrupların mənşə hipotezləri Kateqoriya:Kurqanlar Kateqoriya:Avropa tarixi Kateqoriya:Hind-Avropa xalqları Kateqoriya:Hind-Avropalılar Kateqoriya:Tarixdən əvvəlki dövrdə Avropa Kateqoriya:Müqayisəli-tarixi dilçilik Kateqoriya:Atlı xalqlar