Vəhşi təbiətə Üz tutan Fərdiyyəçilər ya da Vəhşiliyə Yönələn Fərdiyyəçilər (, ITS) 2011-ci ildə Meksikada ortaya çıxan, özünü eko-ekstremist olaraq adlandıran bir eko-terror təşkilatıdır. Meksika hökumət orqanları tərəfindən bəzi şiddətli aktlar bu təşkilatla əlaqələndirilsə də, qrup tərəfindən törədilən hücumların çoxu istintaq araşdırmalarının ardından inkar edilmiş və başqa qruplara və ya terrorizm hesab olunmayan cinayətlərə aid edilmişdir.
İdeologiya 3 fevral 2016-cı il tarixində ITS Eko-ekstremist Lənət (ispanca: Maldición Eco-extremista) adlı bloqda bir bəyanat dərc etdi. Yazıda o, özünü "eko-ekstremist" adlandıraraq, elmi və texnoloji tərəqqini ekosistemlərin təxribatına və özünü təbiətdən uzaqlaşdıran bir sivilizasiyanın inkişafına görə məsuliyyət daşımaqda ittiham edirdi. Alçalma prosesi kimi gördükləri texnoloji tərəqqini geri qaytarmaq üçün onlar cavabdeh olaraq təyin etdikləri şəxslərə qarşı peşmançılıq çəkmədən şiddətli hərəkətlər edəcəklərini açıqladılar. Qrup Meksikanın müxtəlif universitet mərkəzlərində nanotexnologiya və digər əlaqəli elmlərin tədrisinə özünü həsr etmiş universitet müəllimlərinə məktub bombaları göndərərək 2011-ci ildə terror fəaliyyətinə başladığını bəyan edirdi.
Bu ilk hərəkətlərin metodologiyası qrupun əsas ilham mənbəyi olan Ted Kazinski'ninkinə bənzəyirdi. Bununla belə, digər neo-luddist və ya anarxo-primitivist qruplar tənqidi fikirdədirlər və görünür, Kazinskinin özü ilə əlaqə saxlamağa başlayıblar, o, 2012-ci ilin əvvəlində inqilabi hərəkətlərə dair sadəlövh təklifinə və tarix boyu ictimai hərəkatların lal təhlilinə görə İTS-ə qarşı sərt məktub yazmışdı.
2014-cü ildə ITS yeni mərhələ elan etdi və onlarla eko-anarxist qrupla Vəhşi Reaksiya (ispanca. Reacción Salvaje, RS) adı altında birləşdiklərini elan edən bəyanat yaydı. Bununla belə, məhz bu yeni mərhələdə İTS-in iddia etdiyi hərəkətlərin əksəriyyəti sonradan istintaqlar zamanı təkzib edildi və polis əsl günahkarları tapdığını iddia etdi.
ITS öz təsirini Meksikadan bir sıra Avropa və Çili və Braziliyadakı varlığı da daxil olmaqla Latın Amerikası ölkələrinə qədər genişləndirmişdir. Bu beynəlmiləlləşmə və onun mövcudluğu hökumət dairələri tərəfindən hazırda təkzib edilir. Qrup nə Avropa Şurasının beynəlxalq terror təşkilatları siyahısında, nə də ABŞ Dövlət Departamentinin siyahısında mövcud deyil.
Xronologiya
Meksikada fəaliyyət 27 aprel 2011-ci ildə Meksika ştatının Tultitlan şəhərindəki Mexiko Vadisi Politexnik Universitetində paket bomba partladı, bir işçi ağır yaralandı. ITS terror fəaliyyətinin başlanğıcı kimi Meksikadakı universitet mərkəzlərində müxtəlif tədqiqatçılara istehsal edib göndərdiyi, əksəriyyəti ya partlamamış, ya da zərərsizləşdirilmiş yanğın çıxaran paket hücumlarına görə məsuliyyəti öz üzərinə götürüb. thumb|2014-cü ildə kiçik bir İTS qrupu olan Obsidian Nöqtəsi Hücum Dairəsi tərəfindən hazırlanmış bir paket-bomba.
Avqustun əvvəlində hücumların ikinci dalğası Monterrey Texnologiya və Ali Təhsil İnstitutunda paket bombanın partlaması ilə başladı. Alim Armando Herrera Korral nəticədə ayaqlarından yaralandı və kar oldu. Professor Alejandro Aceves López də üzündən və qollarından yaralandı və partlayıcının parçalarından biri onun ağciyərini deşdi. Meksika məhkəmə orqanları hücumu İTS ilə əlaqələndirmişdir. Səhəri gün Quanaxuato ştatının İrapuato şəhərindəki Milli Politexnik İnstitutuna aid tədqiqat mərkəzində (CINVESTAV) şübhəli bağlama yerləşdirilib. Partlayıcı maddələrlə işləmək üzrə ixtisaslaşmış polis əməkdaşları cihazı partlamadan çıxarıblar. Bomba avqustun 9-da baş verən partlayışda yaralanan alimin qardaşına yönəlmişmiş. Bir ay sonra Kuautitlán İzcallidəki Ali Tədqiqatlar Fakültəsində (FES) əldəqayırma partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirildi. Baxmayaraq ki, eyni qrup öz bloqunda bu qurğunun yerləşdirilməsinə görə məsuliyyəti öz üzərinə götürsə də, bu iddia heç vaxt səlahiyyətlilər tərəfindən təsdiqlənmədi və bu media tərəfindən işıqlandırılmadı.
2011-ci ilin sentyabrında verdiyi açıqlamada ITS səssizlik olacağını və müvəqqəti olaraq fəaliyyətlərlə bağlı məsuliyyət iddia etməyəcəyini elan etdi. Lakin bir ay sonra kuryer şirkətinin içərisində paket bomba partladı və paketə müdaxilə edən üç işçi yaralandı. Qrup heç vaxt bu akta görə məsuliyyəti öz üzərinə götürməsə də, hakimiyyət İTS-i günahlandırıb. Bu son hadisələrdən sonra İTS bu qrupun müəyyənedici xüsusiyyətlərindən birini həyata keçirməyə başladı ki, bu da sonradan onun məsuliyyəti olmadığı iddia edilən, mediaya göndərilən hücumlar iddiasıdır. Beləliklə, noyabrın 8-də UNAM-da biotexnologiya mütəxəssisi Ernesto Méndez Salinas avtomobili ilə evə qayıdarkən alnından vuruldu. İTS mediaya göndərdiyi mesajlar vasitəsilə cinayətin məsuliyyətini üzərinə götürdü, hansı ki bu məlumat bəyənatdan öncə təsdiqlənməmişdi, daha sonra isə istintaqa cavabdeh olan orqanlar tərəfindən təkzib edildi və İTS ilə əlaqəsi olmayan cinayətkar dəstəyə aid edildi. Bir ay sonra, Meksikanın mərkəzində, Paçuka Politexnik Universitetinin professorunu bir məktub bombası yüngül şəkildə yaraladı. Hücum yenidən İTS tərəfindən öz üzərinə götürülmüş və bu bölgədəki təhsil ictimaiyyətinin narahatlığına səbəb olmuşdur. Bir il sonra, 21 fevral 2013-cü ildə Meksika Poçt Xidmətinin texniki işçisi Xose Luis Qarsia Luna poçt qutusunun içərisində olan bomba paketini açaraq yaralanmış və partlayış əlinin sınması və yanması ilə nəticələnmişdir. Hücuma görə məsuliyyəti ITS öz üzərinə götürdü, lakin Meksikanın məhkəmə orqanları onun məsuliyyətini təkzib etdi.
Başqa bir fəaliyyətsizlik dövründən sonra ITS, 2014-cü ilin avqustunda Amerikada Avropa müstəmləkəçiliyinin nəticələrini rədd edən və onu bütün münaqişələrin və yerli əhaliyə dəyən zərərin səbəbi kimi qeyd edən yerlilərə yaxın olan bir neçə eko-anarxist qruplarla birliyini elan etdi. Bu baxışa əsaslanaraq onlar başa düşürlər ki, müasir sivilizasiya yad və zərərli bir şeydir və ona düşmənçiliklə cavab vermək lazımdır. Vəhşi Reaksiya (ispanca: Reacción Salvaje, RS) adlı bu qrupun , müvəqqədi dövrü yalnız bir il idi. Bu mərhələdə qrup, sonradan orqanlar tərəfindən təkzib edilən hücumlara istinad edərək mediaya mesajları artırdı. Beləliklə, 2015-ci ilin aprel ayı ərzində bu qrup hakimiyyət orqanlarının məsuliyyətlərini təkzib etdiyi telekommunikasiya obyektlərinə və müəssisələrinə qarşı çoxlu sayda hücum və vandalizmə görə məsuliyyəti öz üzərinə götürdü.
2016-cı ildə Eko-ekstremist Lənət (Maldición Eco-extremista) bloqu yaradıldı və burada uzaqgörən üslubda yazılmış geniş bəyanatlar dərc edildi. Fevralın 8-də (ikisi də Xalisko ştatında yerləşən) Kənd Təsərrüfatı və Kənd İnkişaf Nazirliyinin Zapopandakı baş qərargahına və Qvadalaxarada Milli Elm və Texnologiya Şurasında alimlərə iki paket bomba göndərildi. Detonator olmadığından bağlamalar partlaya bilmədi. Günlər sonra Xalisko Baş Prokurorluğu hadisəni İTS ilə əlaqələndirdi. Həmin ilin iyun ayında ITS Meksika Milli Muxtar Universitetinin (UNAM) Kimya Fakültəsinin Kimya Xidməti Rəhbərinin qətlindən sonra Radio Fórmula radio proqramına e-poçt vasitəsilə ilk müsahibə verdi.Onun ölümünün terror qruplaşması tərəfindən odlu silahla törədildiyi qeyd edildi, lakin məhkəmə istintaqı zamanı "faktiki olaraq sübuta yetirildi ki", ölüm iş yoldaşı ilə mübahisə zamanı bıçaqlanma nəticəsində baş verib.
Növbəti il, 2017-ci ilin may ayında ITS Radio Formula proqramı ilə müsahibə vasitəsilə bir daha istintaq orqanlar tərəfindən təkzib edilən qətlə görə məsuliyyəti öz üzərinə götürdü. Onlar qeyd etdilər ki, təşkilatın üzvləri Mexikoda şəhərində Ciudad Universitaria-da universitet tələbəsi, həmçinin bir narkoman olan Lesvi Berlin Osorionu qətlə yetiriblər. Lakin istintaq zamanı Lesvi Berlin ilə sevgilisi arasında mübahisəni əks etdirən təhlükəsizlik kamerası görüntüləri ortaya çıxdı. Səsyazmada səvgilisinin onu döydüyü və yarılma nəticəsində onun telefon kabelini ilə boğulma nəticəsində öldüyü görünür. Bu "sübutdan" sonra səlahiyyətlilər terror aktını təkzib etdi və bu, cinsiyyətçi zorakılıq səbəbiylə ölüm hesab edildi. Daha sonra feministlər tərəfindən Berlin Osorionun qətli ilə bağlı aksiya keçirilmiş, və İTS solçu qruplardan nifrətini daha da öz üzərinə çəkmişdi. 2017-ci ilin elə həmin may ayında Meksikanın Siempre! siyasi jurnalında ITS ilə üçüncü müsahibə dərc olundu, onlar bu və digər təkzib edilən terror aktları, o cümlədən üç yeni qətl məsuliyyətini mənimsəməyə davam etdi (Torreonun mərkəzində bomba, və bir MITHE rəsmisinin və iki səyyahın Tekskokoda, Tlalok dağına dırmaşarkən öldürülməsi. Səyyahların öldürülməsi istintaqçılar tərəfindən silahlı soyğun aktı kimi qeyd edilib, ancaq səyyahların çantaları və digər əşyalarına toxunulmamışdı). İyulun 14-də Parroquia del Senor de la Misericordia'nın qarşısında paket götürən bir mülki vətəndaş, 66 yaşlı bağban ağır yaralandı. O, Gustavo A. Maderodakı kilsəyə bir ianə şəklində maskalanmış bomba paketinin açmışdı; kişi qarnı və qollarından ikinci və üçüncü dərəcəli yanıqlar, həmçinin barmağının bir hissəsinin itirilməsi və akustik travma alıb. Mexiko Baş Prokurorluğunun mətbuat hesabatında bombanın üzərində "Rəbbin evi üçün bütün qəlbimlə" qeydi olan peçenye qutusu kimi gizlədilmiş olduğu qeyd edilib. İstintaqçılar hadisəni araşdırarkən təşkilata bağlı bir qruplaşma məsuliyyəti üzərinə götürdü.
Qrup həmçinin 21 mart 2017-ci ildə Queretaro'da El-Marques bələdiyyəsi yaxınlığındakı magistral yolda zəvvarlara qarşı atışma təşkil etdiyini etiraf etdi.Ekatepekdə çoxlu PVC borudan ibarət əşyalar yandırıldı; səlahiyyətlilər bunun bir vandalizm aktı olduğunu bildirdi; Yanğına görə məsuliyyəti İTS öz üzərinə götürdü. Onlar həmçinin eyni bələdiyyədəki bir parça mağazasına təsir edən başqa bir yanğına görə də məsuliyyət daşıyırdılar. Oktyabrın 18-də bir neçə şəxs Kuautitlán İzkalli'dəki Nuestra Senyora del Karmen Katolik Kilsəsinə daxil olub və onlardan biri keşiş Rubén Diaz Alkantaranı bıçaqlayıb(keşiş qanaxmadan ölüb).Hücuma görə məsuliyyəti ITS öz üzərinə götürdü, lakin səlahiyyətlilər qətlin şəxsi məsələ ilə bağlı olduğunu iddia etdi. 7 iyun 2018-ci il tarixində İztəpalapada ağac kəsmə meydançasında yanğın baş verdi, yanğınsöndürənlər bir neçə yük maşınını sıradan çıxaran və yaxınlıqdakı evlərə ziyan vuran yanğını söndürməkdə gecikdilər. İTS məsuliyyəti öz üzərinə götürdü, lakin səlahiyyətlilər bunun elektrik nasazlığı ilə bağlı olduğunu iddia etdi. İyulun 15-də ITS üzvləri Benito Xuarez nümayəndəliyindəki Metrobús vaqonunda yanğın çıxaran qurğu tərk edildiyini bildirdilər. Hələ də sərnişinləri içində olan avtomobil sürücü tərəfindən təxliyə edilib, yanğın nəticəsində maddi itkilər qeydə alınıb, lakin İTS-nin müəllifliyi təkzib edilib. Həmin il dekabrın 28-də İTS Koakalkoda "Power Center" ticarət meydanı qarşısında aşağı intensivlikli partlayıcının işə salınmasına görə məsuliyyət daşıyırdı.
2019-cu ilin fevral ayında qrup tərəfindən müxtəlif yerli media ilə edilən əlaqələr vasitəsilə ölüm olmayan bir sıra hücumlar yenidən öz üzərinə götürülmüşdü. Bununla belə, Meksika prezidenti Andrés Manuel López Obrador 4 mart 2019-cu il tarixində müxtəlif təhlükəsizlik təşəbbüslərini elan etmək üçün keçirdiyi mətbuat konfransında bəyan etdi, "bu terrorçu qrup [ITS] haqqında son zamanlar heç bir məlumat yoxdur. Digər təşkilatlar barədə məlumatlar var, fəaldırlar və zorakılıq aktlarına səbəb olurlar." Aylar sonra qrup Santa Marta Akatitla Federal Elektrik Komissiyasının yarımstansiyasındakı yanğına və iki nəfərin öldüyü, mağazaların çoxunun yandığı və xeyli maddi itkinin olduğu La Mersed Bazarındaki yanğına görə məsuliyyəti öz üzərinə götürdü. Yarımstansiyada baş verən yanğın bir neçə məhəlləni işıqsız qoydu, bununla yanaşı, bazarın ən böyük anbarının yararsız hala salınması, hər gün bu təchizat mərkəzinə üz tutan kirayəçilərin və alıcıların təhlükəsizliyi üçün onun sökülməsi planlaşdırılır. Bunlarla bərabər hölumət qrup tərəfindən dərc edilənləri təsdiqləməyib.
Beynəlmiləlləşmə
Braziliya