thumb|Bolqarıstan-Gürcüstan rabitə kabelinin xəritədəki yeri

Qafqaz Kabel Sistemi (qeyri-rəsmi adıyla Bolqarıstan-Gürcüstan rabitə kabeli) — Qara dənizdə Gürcüstanın Poti şəhərini Bolqarıstanın Balçik şəhəri ilə 1182 km məsafədə birləşdirən Gürcüstan mərkəzli sualtı rabitə kabeli.Caucasus Cable System . Submarine Cable Map. Submarinecablemap.com Onun Balçikdəki eniş stansiyası yerüstü əlaqə vasitəsilə Almaniyanın Frankfurt şəhəri və digər Avropa internet qovşaqlarına qoşulur."CAUCASUS CABLE SYSTEM" . Bbsgroup.geIva Doneva (20 noyabr 2008). "Georgia's Caucasus Online Invests $40 Mln in Fibre Optic Link to W. Europe via Bulgaria". article. SeeNews. Gürcüstanı birbaşa Avropa ilə birləşdirən yeganə rabitə kabeli olan Qafqaz Kabel Sistemi geostrateji əhəmiyyət kəsb edir və onu Rusiyaya məxsus şirkətə satmaq planlarına görə mübahisələrin mərkəzində olub."გაზპრომის" შემდეგ შესაძლოა რუსული გავლენის ქვეშ საკომუნიკაციო მაგისტრალი აღმოჩნდეს, Rustavi 2, 7 fevral 2016. 2017-ci ilin yanvarına olan məlumata görə, kabelin yeganə mülkiyyətçisi Caucasus Online şirkətidir.

Konstruksiya Döşəmə işləri 2008-ci ilin iyulunda Cənubi Osetiya münaqişəsindən cəmi bir neçə həftə əvvəl Amerikanın CS Tyco Decisive kabel gəmisi tərəfindən tamamlandı.CAUCASUS ONLINE CHOOSES TYCO TELECOMMUNICATIONS TO CONSTRUCT 1100 KM TRANS-BLACK SEA UNDERSEA FIBER OPTIC CABLE SYSTEM CONNECTING THE REPUBLIC OF GEORGIA AND BULGARIA. SubCom. 2014.04.07. Sualtı kabel TE Connectivity şirkəti tərəfindən istehsal edilmiş və çəkilmişdir. Hər biri 100 Gbit/s bant genişliyi ilə 96 dalğa uzunluğu daşıyan iki lif cütündən ibarətdir və ümumi ötürmə qabiliyyəti 12,8 Qbit/s təşkil edir (ilkin olaraq 64 × 10Gbit/s və cəmi 1,2Tbit/s). 2011-ci ildə TE Connectivity tərəfindən təkmilləşdirmə daha çox dalğa uzunluqlarının əlavə edilməsini təmin etdi.Courtney McDaniel (19 aprel 2011). "Caucasus Online and Subcom to upgrade Caucasus undersea fiber optic cable system". press release. TE Connectivity.

Layihəyə Gürcüstanın ən böyük internet provayderi olan "Caucasus Online" rəhbərlik edib. Sualtı kabelin konstruksiyasının dəyəri 40 milyon dollar təşkil edib ki, bunun da 35 milyon dolları Avropa Yenidənqurma və İnkişaf Bankından (AYİB) alınmış kreditlər hesabına maliyyələşdirilib. Sövdələşmə çərçivəsində AYİB şirkətin səhmlərinin 5,0%-ni əldə edib.

Layihəyə yerüstü fiber optik infrastruktur üçün stansiyalara xərclənən 22 milyon ABŞ dolları məbləğində sərmayə də daxildir. Bolqarıstan tərəfdən Varna ilə, Gürcüstan tərəfdən isə Azərbaycanla fiber-optik əlaqə qurulub.

Layihənin tamamlanması 2008-ci ildə Rusiya-Gürcüstan diplomatik böhranı səbəbindən təxminən bir aya qədər yubanmışdı.

Rusiyaya satış qalmaqalı 2016-cı ilin fevralında Gürcüstanın "Azad Demokratlar" siyasi partiyası "Caucasus Online" ilə Rusiyanın "VimpelCom" şirkətinin törəmə şirkəti arasında "Caucasus Cable System"in həmin şirkətə satılması ilə bağlı gizli danışıqlar apardığını iddia edib. Şərhçilər belə bir strateji rabitə kanalının Rusiya firmasına ötürülməsinin Gürcüstanın milli təhlükəsizliyini təhlükə altına atacağından və Rusiya kəşfiyyat xidmətlərinə kiber çıxışı artıracağından ciddi narahat olduqlarını bildiriblər. Caucasus Online, VimpelCom ilə qismən satış danışıqları apardığını etiraf etdi, lakin sualtı kabelin müqavilənin bir hissəsi olmadığını iddia etdi. Qafqaz Online-nın direktoru Giorgi Tkeşelaşvili Rusiyanın Gürcüstanın kiber təhlükəsizlik təhdidlərinə müdaxilə etmə cəhdi mövzsunda rəy olaraq bildirdi ki, VimpelCom müxtəlif millətlərdən formalaşmış insanların iştirak etdiyi beynəlxalq ticarətə malik şirkətdir. Azad Demokratların bir iddiası da kabelin taleyi ilə bağlı Türkiyədə "Caucasus Online" və "VimpelCom"un törəmə şirkətləri arasında gizli danışıqlar aparılması istiqamətində idi.

Azərbaycana satılması qalmaqalı Kabelin yeganə mülkiyyətçisi Caucasus Online şirkətidir. Şirkətin 49%-i 2019-cu ildə 61 milyon dollara azərbaycanlı iş adamı Nəsib Həsənova məxsus "Neqsol Holding"-ə satılıb."Azerbaijan-Georgia cooperation expands in telecommunications sector" . Aircenter.az 2021-ci ilin mart ayında isə "Neqsol Holding" şirkəti Gürcüstanın "Caucasus Online" internet provayderinin geri qalan 51%-ini əldə edərək 100%-lik sahibi olub."Azerbaijani Neqsol Holding becomes 100% owner of Georgian internet provider Caucasus Online" . Agenda.ge Müqavilənin maddi dəyəri bilinməsə də bu razılaşma Gürcüstanın Milli Kommunikasiya Komissiyası​ tərəfindən sərt şəkildə tənqid olunub. GMKK rəhbəri Kaxa Bekauri sövdələşmənin komissiya tərəfindən əvvəlcədən təsdiqlənmədiyini, buna görə qanunsuz olduğunu və ləğv edilməli olduğunu bildirib."Georgian Authorities Seek to Block Azerbaijani Investment in Telecommunications Infrastructure" . Giorgi Menabde. Publication: Eurasia Daily Monito. Jamestown.org"Azerbaijani Company Buys Key Georgian Communications Firm, Regulator Says ‘Illegal’" . Civil.ge

Həmçinin bax Bakı-Tbilisi-Ceyhan boru kəməri

İstinadlar

Kateqoriya:Gürcüstanda internet