Mixail İosifoviç Averbax (; ) — Rusiya və SSRİ oftalmaloqu, əməkdar elm xadimi.

Həyatı Mixail İosifoviç Averbax 29 may 1872-ci ildə o vaxtlar Rusiya imperiyasının bir hissəsi olan Mariupol şəhərində anadan olmuşdur. O, 1939-cu ildən SSRİ Elmlər Akademiyası akademiki olmuşdur. Averbaxın əsərləri, əsasən, göz zədələnmələrinin, qlaukoma, traxoma, müxtəlif göz refraksiyalarının və s. öyrənilməsinə həsr olunmuşdur. O, bir sıra yeni göz əməliyyatları işləyib hazırlamış və təcrübədə tətbiq etmişdir. Averbax 2-ci Moskva Tibb İnstitutunda, Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda və Helmqols adına Mərkəzi Oftalmologiya İnstitutunda göz xəstəlikləri kafedrasına rəhbərlik etmişdir. SSRİ Tibb Elmlər Akademiyası hər il oftalmologiya sahəsində ən yaxşı elmlər əsər üçün Mixail Averbax adına mükafat vermişdir. Averbax 29 iyul 1944-cü ildə Moskvada vəfat etmişdir.

Təltif və mükafatlar Mixail Averbax 1943-cü ildə SSRİ Dövlət mükafatına layiq görülmüşdür.

İstinadlar

Əlavə ədəbiyyat Белявский М. Т. Их имена увековечены в Москве: Учёные и питомцы Московского университета. — М.: Изд-во Моск. ун-та, 1980. — С. 36. — 120, с. — 13 550 экз. Волков В. А., Куликова М. В. Московские профессора XVIII — начала XX веков: Естественные и технические науки / Отв. ред. С. С. Илизаров; Институт истории естествознания и техники им. С. И. Вавилова РАН. — М.: Янус-К; Московские учебники и Картолитография, 2003. — С. 14. — 296 с. — (Деятели науки и просвещения Москвы XVIII-XX веков в портретах и характеристиках). — 2000 экз. — ISBN 5-8037-0164-5.

Xarici keçidlər

Профиль Михаила Иосифовича Авербаха на официальном сайте РАН

Kateqoriya:SSRİ həkimləri Kateqoriya:SSRİ akademikləri