Buxara Əmrliyi (Özbəkcə: Buxoro Amirligi (1785 – 1920)), Həştərxan hakimiyyətinin son xanı olan Əbul Qazi zamanında, Məhəmməd Rəhm Xan rəhbərliyindəki Monqol mənşəli ancaq Çingiz xan soyundan olmayan Manqıtlar 1747-ci ildə Buxaranı işğal edərək 1753-cü ildə Əmrliyini elan etmişdi. Dövrün Orta Asiyanın adətinə görə Çingiz Xan soyundan gəlməyən Xan ola bilmədiyi üçün 1756-cı də "Əmir əl-Möminin" ünvanını istifadə etmişdi və 1785-ci ildə Həştərxan hakimiyyətinin Buxara xanlığına son qoymuşdur.

1747-ci ildə Nadir Şahın ölümündən sonra, Muhammad Rəhm Xan, Abulfayz Xanı və onun oğulunu öldürdülər, beləcə Cani hakimiyyətinə son qoyuldu. Bundan sonra əmrlər oyuncaq xanlara icazə verdilər, Abdul Qazi Xanın ölümündən sonra Mir Günahsız Şah Muradın taxta çıxması üçün imkan yarandıSoucek Svat, A History of Inner Asia (2000), səhifə 179–180

Manqıtler zamanında xanlığın sərhədləri daralmağa başladı və XIX əsrin sonlarına doğru mərkəz olan Buxaraın da ruslar tərəfində işğalından sonra Buxara xanlığı Rus boyunduruluğuna keçdi və 1920-ci ildəki Sovet işğalına qədər yarı müstəqil qaldı. Xanlıq torpaqları 1860-cı ilə qədər bugünkü Türkmənistanı, Özbəkistanın qərbini və Qazaxıstanın cənub-qərbini əhatə edirdi.

Xivə xanlığı və Kokand xanlığı ilə birlikdə Özbək üç xanlığı olaraq xatırlanmışdır.

Buxara Əmrləri Günahsız Şah Murad 1785–1800 Heydər xan 1800–1826 Ömər 1826–1827 Nəsrulla xan 1827–1860 Müzəffər xan 1860–1886 Əbdüləhəd xan 1886–1910 Məhəmməd Alim Xan 1910–1920

Mənbə

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Özbəkistan tarixi Kateqoriya:1920-ci ildə ləğv olunanlar Kateqoriya:Asiyanın tarixi dövlətləri