Ajek ( — qar, к (куа) — oğul) — Rusiyanın Krasnodar diyarında şəlalə. Ajek şəlaləsi Ajek çayı üzərində, çayın Soçi çayına töküldüyü yerdə yerləşir. Şəlalə Xostinski rayonu daxildədir. Ajek şəlaləsi Soçi Milli Parkı ərazisi daxilində olub Orexovka kəndindən 6,5 km qərbdə yerləşir.
Etimologiyası Şəlalənin və çayın adı ubıx dilindən tərcümədə «qar oğlu» (же (аже) — qar, к (əsas söz куа) — oğul) və ya «qarla doğulan» deməkdir.Дирр А. Язык убыхов. Лейпциг, 1928 (на немецком языке). С. 130 Belə bir adın yaranmasına səbəb Saxarnoy dağının cənub yamacıdır. Məhs bu ərazidə olan qar papağının olmasıdır. Qış aylarında yağan yağntılar nəticəsində bu ərazidə qar örtüyü formalaşır. Qonşu zirvələrdə isə qar örtüyü tez əriyir.
Başqa bir ehtimala görə Ajek — «maral oğlu» deməkdir. Ubıx dilində же (аже) həm də «maral» və ya «maral balası» deməkdir. Yəni tərcümədə "maralların otladığı yer".
J N. Kokov hesab edir ki, şəlalənin adı kabarda dilindən tərcümədə «keçi tirəsi» deməkdir.Коков Дж. Н. Адыгская (черкесская) топонимия. Нальчик, 1974., с.135 Ş.D.İnal-İpa belə bir variant təklif edir: Ajek abxaz dilindən tərcümədə - Ажаква, «saqqal» deməkdir.Инал-Ипа Ш. Д. Страницы исторической этнографии абхазов. Сухуми, 1971. С. 286
Ola bilsin ki, Ajek (Ажеко) şəxs adı olub bu ərazidə yaşayan nəsilin adıdır.
Ümumi məlumat Şəlalə təxminən 40-50 min il əvvəl şistli süxurları üzərində əmələ gəlmişdir. Suyun geoloji işi nəticəsində süxurlar aşınmış və hündürlüyü 9,5 metr olan çıxıntı yaranmışdır. Şəlalənin eni təxminən — 1,5 metrdir.
Suyun töküldüyü yerdə diametri 7 metr olan göl formalaşıb. Su axınları sıldırım divarları at nalı (hündürlüyü 20 m-ə qədər) olan bir kanyon əmələ gətirib. Şəlalənin kənarlarında, qaya üzərində şümşad və sarmaşıqlar geniş yayılıb.
Günəş şüaları şəlalə ərazisinin tam işıqlandıra bilmir. Kanyonun yarısı həmişə kölgəli olur. Şəlalənin yerləşdiyi zona sanitar baxımdan yaxşı durumdadır. Buna səbəb şəlaləyə gedən yolun yetərincə çətin olmasıdır.
Xarici keçidlər
Официальный сайт Сочинского национального парка Фотоальбом водопада Ажек
İstinadlar