Revaz Asayev (; ) — Sovet və Cənubi Osetiya şairi, publisist və tərcüməçi. Cənubi Osetiyanın Əməkdar Mədəniyyət İşçisi Асаев Реваз Николаевич , Июнь 2018 года: памятные даты и юбилеи. Bioqrafiya 1921-ci ildəБибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 290—292 (digər mənbələrə görə 1923 -cü ildə) Gürcüstanın Kutsaxta kəndində kasıb bir kəndli ailəsində anadan olmuşdur. 1930-cu ildə valideynləri ilə birlikdə Cənubi Osetiyaya köçür və burada 1938-ci ildə bitirdiyi yeddi illik məktəbə daxil olur. Elə həmin il Stalinir Pedaqoji Məktəbə daxil olur. Tələbəlik illərində, ilk şeir əsərlərini 1938-ci ildə Cənubi Osetiyanın dövri mətbuat səhifələrində nəşr etdirir. Çap olunan ilk şeirini Stalinə həsr edir.

1941-ci ildə pedaqoji məktəbdə təhsilini başa vurur və Stalinir aeroklubunun pilot məktəbinə daxil olur. Cəbhəyə könüllü olaraq gedir. Şimali Qafqaz uğrunda gedən döyüşlərdə qurui qoşunlarıda döyüşür. 1943-cü ildə Sovet İttifaqı Kommunist Partiyası üzvlüyünə qəbul edilir. Ağır yaralandıqdan sonra ordudan tərxis edilir. 1947-ci ildə Qırmızı Ordu əsgərlərinə həsr etdiyi “Döyüşçünün qələmi” () adlı ilk şeir toplusunu nəşr etdirir. 1950-ci ildə Gürcüstanın "Mnatobi" ədəbi jurnalında Cənubi Osetiyadakı ədəbi vəziyyəti təsvir edən və Sovet dövrünün Osetiya ədəbiyyatına əhəmiyyətli töhfə verən Sovet Cənubi Osetiya müəlliflərindən bəhs edən bir məqalə nəşr etdirir. 1953-cü ildə Stalinir Pedaqoji İnstitutunun filologiya fakültəsinin qiyabi şöbəsini bitirir. Təhsilini Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Ali Ədəbiyyat Kurslarında davam etdirir.

"Xurzarin" qəzetində şöbə müdiri, məsul katib, tərcüməçi və redaktor müavini işləmişdir. Daha sonra Sovet İttifaqı Kommunist Partiyası rayon komitəsinin təlimatçısı, Cənubi Osetiyadakı teleqraf agentliyinin müxbiri, "Fidiuaq" ədəbi jurnalının redaktoru, SSRİ Yazıçılar Birliyinin Cənubi Osetiya şöbəsinin katibi, Cənubi Osetiya Dram Teatrının və Tsxinvali Diyarşünaslıq Muzeyinin diorektoru olaraq çalışırАсаев Реваз Николаевич , Моя Осетия.

Şair Anna Funikovaya görə, Revaz Asayevin əsəri hərbi mövzularla doludur.

Müxtəlif xarici və sovet yazıçılarının əsərlərinin osetin dilinə tərcümələri ilə məşğul olmuşdur. Gürcü yazıçı və şairlərinin tərcümələrinə xüsusi diqqət yetirirmişdir. Akaki Sereteli, Vaja Pşavela, Eqnate Ninoşvili, Nikoloz Barataşvili və Nikolay Lomourinin bəzi əsərlərini tərcümə edir. Rus şairi Konstantin Simonovun "Dostlar və düşmənlər" toplusunu osetin dilinə tərcümə emişdir.

Bir neçə dövlət mükafatına layiq görülmüşdür.

Əsas əsərləri Æвзæрст уацмыстæ, 1954 Ӕмдзӕвгӕтӕ фӕсарӕнтыл, 1956 Тыхджын у уарзт, Stalinir, 1957 Балц Европайы алвар, Stalinir, 1958 Æнæрынцой зæрдæ, 1961 Ирон легендæтæ, 1963

Mükafatları "Şərəf nişanı" ordeni;

"Döyüş xidmətlərinə görə" medalı (1943)Асаев Реваз Николаевич , Память народа;

"Vətən müharibəsi" ordeni (1985)Асаев Реваз Николаевич , Память народа. Ədəbiyyat Бибоева И. Г., Казиты М. Р., Писатели Осетии, библиографический справочник, Владикавказ, Ир, 2015, стр. 290—292, ISBN 978-5-7534-1499-01 Асаев Реваз Николаевич, Краткая литературная энциклопедия, т.1, 1962 Грузинская советская энциклопедия, т. 1, стр. 620, 1975 Mənbə რევაზ ასაევი İstinadlar