Şəki üsyanı — 1930-cu ilin aprelində Molla Mustafa Şeyxzadənin başçılığı ilə Şəkinin Baş Göynük kəndində baş vermiş üsyan.
Şəki üsyanı 1930-cu il aprelin 13-də Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ və Oğuzda Sovet hakimiyyətinə qarşı mülkədarların, burjua ünsürlərinin iştirakı ilə baş vermiş silahlı üsyanın ümumiləşdirilmiş adıdır. thumb|Əhədxan Sultanov Cəfər bəy oğlu Əksəriyyəti süvarilərdən ibarət olan yaxşı silahlanmış 200 nəfər üsyançı 1930-cu il aprelin 13-də Göynük (şimal-qərb) və Zəyzid-Bideyiz (cənub-şərq) istiqamətlərindən şəhərə hücum etdilər. Hücum üçün əsas obyektlər həbsxana və rayon partiya komitəsinin binaları seçilmişdi.
20-30-cu illərdə Sovet hökumətinin "kollektivləşmə" siyasəti xalqın kəskin narazılğına səbəb oldu, beləliklə də, 1930-cu ildə Şəkidə antisovet üsyan baş verdi.
1930-cu ildə baş vermiş Şəki üsyanı Azərbaycanda sovet hakimiyyətinə qarşı ən yaddaqalan üsyan hesab olunur. Hətta üsyan Moskvanı da ciddi narahat etmişdi.
Üsyan nəticəsində polis binası, Şəkidə yerləşən rus hərbi qarnizonu, komsomol binası, mərkəzi komitə binası və digər dövlət əhəmiyyətli binalar üsyançıların əlinə keçmişdir.Yalnız poçt binasına əhəmiyyətsiz bina kimi baxan üsyançılar buranı tutmamış və Bayramov soyadlı birisinin həmin poçtdan Mir Cəfər Bağırova vurduğu teleqramla Yevlaxdan, Bakıdan, Gəncədən və Zaqataladan Avram Yerqinyanın başçılığı ilə nizami ordu hissələri göndərilərək üsyan yatırılmışdır.
214 nəfər öldürülmüş, 865 nəfər həbs edilmişdir. Qondarma məhkəmədə 865 nəfərdən 850 nəfəri sürgün edilmiş,15 nəfəri Qax rayon polis şöbəsində güllələnmişdir.
Güllələnənlər arasında ilisulu Danyal sultanın nəslindən olan Əhədxan Cəfər bəy oğlu Sultanov da var idi. O, 1930-cu ildə Şəkidə Sovet imperiyasına qarşı başlanmış üsyanın rəhbərlərindən biri olmuşdur .Bax: ŞƏKİ. Alim və Ziyalılar. Bakı: “Elm”, 2007 , SULTANOVA SƏADƏT ƏHƏDXAN QIZI tərcümeyi halı. https://archive.org/details/saz-2/page/n180/mode/1up
Əhədxan Sultanov Akademik Əzəl Sultanovun böyük qardaşıdır.
Populyar mədəniyyətdə 1930-cu il Şəki üsyanı qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Taleh İsmayıl tərəfindən ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir.
Mənbə
İstinadlar
Mənbə
Kateqoriya:Azərbaycanda üsyanlar Kateqoriya:1930-cu ildə Azərbaycan Kateqoriya:Şəki