Nərimanbəylilər — Azərbaycan xalqının tanınmış soylarından biri.

Soyun yaranması Nərimanbəylilərin ulu babası Nəriman bəy Qarabağidir. O, Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir zadəgan idi. İbrahimxəlil xan Cavanşirin oğlu Əhməd xana xidmət etmişdi.

Nəriman bəyin Allahverən bəy, Nəriman bəy adlı oğulları var idi.

Nəriman bəyin törəmələri Nərimanbəyli, Nərimanbəyov soyadını daşıyırlar.

Soyun tanınmış nümayəndələri Əmir bəy Nərimanbəyov — ADR dövründə Bakı qubernatoru. Həşim bəy Nərimanbəyli — İrəvanda "Rus-Azərbaycan" qız Məktəbinin müdiri, İrəvan Müəllimlər Seminariyası məzunu Nəriman bəy Nərimanbəyli — Haşım bəy Nərimanbəyovun oğlu, Azərbaycan milli istiqlal hərəkatının fəal iştirakçılarından biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, ictimai-siyasi və dövlət xadimi. Fərman bəy Nərimanbəyli — Cümhuriyyət tələbəsi, mühəndis. Toğrul Nərimanbəyov — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. Vidadi Nərimanbəyov — Azərbaycan SSR xalq rəssamı. Arif Nərimanbəyov — Azərbaycan kinooperatoru, rejissor, ssenarist, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Sxem

Şəkillər

Mənbə Ənvər Çingizoğlu. Nərimanbəylilər. "Soy" dərgisi, 8 (28), Bakı, 2009. səh.3–7.

Kateqoriya:Azərbaycan ailələri