Dmitri Staxiyeviç Moor (; əsl soyadı: Orlov; ) — SSRİ qrafiki. Rusiya SFSR əməkdar incəsənət xadimi (1932).
Həyatı Dmitri Staxiyeviç Moor 3 noyabr 1883-cü ildə Novoçerkassk şəhərində anadan olmuşdur. O, Rusiyada vətəndaş müharibəsi illərində inqilabi patetika ilə aşılanmış plakatlar çəkmişdir ("Sən könüllü dəstəyə yazılmısanmı?", "Vrankel hələ sağdır, onun nəfəsini kəs"; hər ikisi 1920). Sovet siyasi plakatlarının yaradıcılarından olan Moor plakatlarla yanaşı ("Kömək et", 1921-1922; "Zəhmətkeş, sayıq ol", 1937; "Sən cəbhəyə nə ilə kömək etmisən?", 1941), "Pravda" qəzeti (1920-ci ildən), "Krokodil" (1922-ci ildən) və s. jurnallar üçün satirik rəsmlər də işləmişdir. O, pedaqoji fəaliyyət göstərmişdir. Dmitri Staxiyeviç Moor 24 oktyabr 1946-cı ildə Moskvada vəfat etmişdir.
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Моор Моор (Орлов) Дмитрий Стахиевич
Kateqoriya:Rusiya imperiyası rəssamları Kateqoriya:SSRİ rəssamları Kateqoriya:SSRİ şəxsləri