Ayvor Qoldsmid Semyuel Montegu (; ) — İngiltərə ictimai xadimi, publisisti, kinossenaristi və rejissoru. Ümumdünya sülh tərəfdarları hərəkatının fəal iştirakçısı olan Montegu stolüstü tennis üzrə beynəlxalq idman xadimidir.
Həyatı Ayvor Qoldsmid Semyuel Montegu 23 aprel 1904-cü ildə Birləşmiş Krallığın paytaxtı London şəhərində anadan olmuşdur. 1932–1933-cü illər və 1937–1947-ci illərdə "Deyli Uorker" qəzetinin əməkdaşı olmuşdur. 1948–1967-ci illərdə Ümumdünya Sülh Şurasının katibi, 1969-cu ildən isə onun Rəyasət Heyətinin üzvüdür. Montegu kino nəzəriyyəsi və tarixinə dair əsərlərin müəllifi, bir sıra filmlərin quruluşçu rejissorudur. Montegu 5 noyabr 1984-cü ildə, 80 yaşında, İngiltərənin Uotford şəhərində vəfat etmişdir.
Mükafatlar Montegu 1959-cu ildə "Xalqlar arasında sülhü möhkəmlətməyə görə" Beynəlxalq Lenin mükafatına layiq görülmüşdür. O, Georgi Dimitrovun nasistlərin əlindən xilas edilməsi uğrunda mübarizədə xidmətlərinə görə BXR-in I dərəcəli Azadlıq ordeni, Monqolustan haqqında oçerklərinə görə isə MXR-nin "Qütb ulduzu" ordeni ilə təltif olunmuşdur.
İstinadlar
Əlavə ədəbiyyat Montagu, Ivor (1975) "Old man's mumble: reflections on a semi-centenary" Sight and Sound; autumn 1975, pp. 220–224 & 247 (relates to the Film Society, found 1925)
Brown, Geoff and Hogsbjerg, Christian. Apartheid is not a Game: Remembering the Stop the Seventy Tour campaign. London: Redwords, 2020. .
Xarici keçidlər
Times obituary The Film Society (1925 - 1939): a guide to collections; British Film Institute national library
Kateqoriya:Britaniya rejissorları Kateqoriya:Britaniya prodüserləri Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:Beynəlxalq idman təşkilatlarının prezidentləri Kateqoriya:Britaniya jurnalistləri Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Böyük Britaniya kinoprodüserləri Kateqoriya:Britaniya yazıçıları Kateqoriya:XX əsr jurnalistləri