Çarpışma () — hər birinin öz həyatı, öz qorxuları və öz taleyi olan neftçilər briqadası evə qayıdır. Baş qəhrəman onları müşayiət edən keçmiş snayper və ovçudur. Fəhlələrin həyatına təhlükə yaradan canavarları zərərsizləşdirir. Yalnız öz işində təskinlik tapan Con, sevimli həyat yoldaşının ölümü ilə barışa bilmir, ağlından intiharla bağlı fikirlər keçir. Növbəti səfərlərin birində briqadanı daşıyan təyyarə Alyaskada qəzaya uğrayır. Qəzadan yalnız səkkiz nəfər o cümlədən Con sağ çıxır. Sivilizasiyadan kilometrlərlə uzaqda – qarlı səhrada ayılan sərnişinlər qida çatışmazlığı və sərt hava şəraitində həyat uğrunda mübarizə aparmalıdırlar. Öz qorxularına sinə gəlməyə çalışan didərginlər eyni zamanda qana susamış canavar dəstəsi tərəfindən təqib olunurlar və sonda baş qəhrəman Con da daxil olmaqla filmin bütün qəhrəmanları canavarların qurbanına çevrilir. Filmdə baş rollarda Liam Nison, Frenk Qrillo, digər rollarda isə Nonso Anozi, Dermot Malruni, Dallas Roberts və başqaları iştirak etmişdirlər.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2011-ci ilin filmləri Kateqoriya:2011-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin həyatda qalma filmləri Kateqoriya:ABŞ-nin macəra dram filmləri Kateqoriya:ABŞ-nin döyüş-macəra filmləri Kateqoriya:Ölüm haqqında filmlər Kateqoriya:ABŞ-nin döyüş dram filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:İngilis dilində döyüş macəra filmləri Kateqoriya:Ekzistensialist filmlər Kateqoriya:Scott Free Productions filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:İngiliscə triller filmləri Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Dramlar Kateqoriya:ABŞ-nin fəlakət filmləri Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:Open Road Films filmləri Kateqoriya:Aviasiya qəzaları və ya insidentləri haqqında filmlər Kateqoriya:Triller dram filmləri