Tiaqo Queiroz Bezerra () — braziliyalı, peşəkar Azərbaycan Premyer Liqasında çıxış edən Neftçi PFK-nın keçmiş futbolçusu.
Futbolçu karyerası
Klub karyerası Türkiyədə tanınan Altay, böyük işlər gördükdən sonra Karşıyaka komandasında da oynadı. Hücum yarımmüdafiəsi mövqeyində çalışan oyunçu, İzmirli futbolsevərlərdə iz buraxdı, vuruşları və qolları ilə azarkeşlərinin qəlbində özünə yer tapdı.
Adanaspor 2013–14 mövsümünün əvvəlində Adanaspora transfer olan Tiaqo, ilk oyununu 4: 0 hesabı ilə uduzan Orduspora qarşı keçirdi. 2013–14 mövsümündə 31 rəsmi oyun keçirən Tiaqo, 16 qol və 9 asistlə ən çox statistikaya sahib olan komandanın oyunçusu oldu. 2013–2014 mövsümündə 8 sarı vərəqə aldı. İlk mövsümündə Adanasporda 17 nömrəli forma geyinən Tiaqo, 2014–15 mövsümündə 10 nömrəli formanı geyinməyə başladı. 2014–15 mövsümündə 2 qolu penaltidən 15 qol vurdu. O, bu mövsüm 7 sarı və 1 qırmızı vərəqə alıb. Adanasporda 2 mövsüm oynayan Tiaqo, 8 -i penaltidən olmaqla ümumilikdə 31 qol vurdu və 2 mövsüm ərzində 15 sarı, 2 qırmızı vərəqə aldı. Elazığspor matçında 4–3 qalib gələn Adanaspor ilə son matçını keçirdi və bu matçda 2 qol vurdu.
Əl-Ərəbi 6 iyul 2015-ci ildə Əl-Ərəbi komandasına keçdi.
Adana Dəmirspor Tiago, 4 Yanvar Bazar ertəsi günü Adana Demirspor ilə 1,5 illik müqavilə imzaladı
Neftçi 8 sentyabr 2021 ci il Çərşənbə günü Neftçi ilə müqavilə imzaladı. Neftçidə ilk oyunu Azərbaycan Premyer Liqasının 19 sentyabr 2021-ci ildə keçirilən Keşlə-Neftçi matçı olur. Həmin matçda 17 dəqiqə meydanda olub. Neftçidə ilk dəfə Azərbaycan Premyer Liqasının 2 oktyabr 2021-ci ildə keçirilən Səbail-Neftçi matçında vurub. Həmin matç komandasının 1–3 hesablı qələbəsi ilə başa çatıb. Tiaqo həmin matçda 2 dəfə fərqlənmişdi. Bu matçda o eyni zamanda Neftçidə ilk dəfə dubl etmiş olub.
İstinadlar 1.Tiaqo Bezerranın futbolçu profili-Soccerway
2.Rəsmi xəbər: Тиаго Безерра -" Ал Хор "futbolçu" . CHAMPIONAT.asia .
3.Tiago Bezerra, Adana Demirspor'da , sabah.com, 5 yanvar 2016
Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Braziliya futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:Azərbaycanda legioner futbolçular Kateqoriya:Almaniyada legioner futbolçular Kateqoriya:Braziliyanın kişi futbolçuları Kateqoriya:Qətər Ulduzlar Liqası futbolçuları Kateqoriya:Legioner Braziliya futbolçuları Kateqoriya:Altay SK futbolçuları Kateqoriya:Səudiyyə Professional Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner Braziliya idmançıları Kateqoriya:Azərbaycandakı əcnəbi kişi futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Türkiyə 1-ci Liqası futbolçuları