Nuru Əmiraslanovun yaşayış evi — 1907-ci ildə Nuru Əmiraslanovun sifarişi ilə İosif Ploşkonun layihəsi üzrə Bakıda keçmiş Naberejnaya İmperatora Aleksandra II, 65, indiki Neftçilər prospekti, 65 ünvanında tikilmiş bina. Bina İosif Ploşkonun Bakıda layihələndirdiyi ilk iş sayılır.

Haqqında Arxiv materiallarına görə İosif Ploşko Bakıdakı ilk sifarişi 1907–1908-ci illərdə, Sahil küçəsi, 65-də yaşayış binasının tikintisi üçün Bakı varlılarının tanınmış ailələrindən olan Nuru Əmiraslanovdan alıb. Ev Bayıl təpəsinin yamacında əsas şəhər magistralının strukturunda mühüm şəhərsalma mövqeyinə malik və geniş həyəti olan perimetral tikintidən ibarətdir. Evin fasadında daşın yüngülcə yonulması ilə üfüqi və şaquli bölgülər nəzərə çarpır. Ploşko nisbətən sadə fasad yaratmış və klassik formalara və üsullara hörmətlə yanaşmışdır. Fasadın kompozisiyasında iki element — girişin intibah portalının effektiv motivləri və onun həcm elementlərinin incə modelləşdirilməsi və onun tərəfindən memarlıq klassikasına öz bədii münasibətinin həll edildiyi ön giriş qapısı əsas yer tutur. Portal bütün Asiya memarlıq məktəblərinin eyni mənbədən əks etdikləri ioniya orderli qoşa sütunla ifadə olunmuşdur.

Şamil Fətullayevin ev haqqında yazdıqları:

Şəkilləri

Həmçinin bax Yeni Avropa otelinin binası Kərbəlayi İsrafil Hacıyevin evi İosif Ploşkonun əsərlərinin siyahısı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1907-ci ildə yarananlar Kateqoriya:İosif Ploşkonun əsərləri Kateqoriya:Bakının görməli yerləri Kateqoriya:Bakının tarixi evləri Kateqoriya:Bakının tarixi binaları