İslam tarixində, Hərmələ ibn kahil 10 oktyabrda Məhəmmədin nəvəsi Əli əl-Əsğər ibn Hüseynin qətlə yetirdi. yaradan: seyx cavad muhəddesi، tərcümə xəlil zamel əsami

Həyat Tarixi mənbələrdə Kərbəla hadisəsindən qabaq Hərmələnın həyatı ilə bağlı heç bir şey yoxdur, ancaq Bəni Əsədin qul olduğu və onların tərbiyəsi altında böyüdüyü üçün "Bəni Əsəd" ə aid edilmişdir. Bəzi mənbələr adının "Hərmələ bin Kahin" olduğunu söyləyib.

Aşura günü Hərmələ Aşura günü Ömər ibn Sədin oxçularından olub. İmam Hüseynin hələ süd əmən oğlu Abdullah ibn Hüseyni atasının qucağında oxla qətlə yetirib. Eyni şəkildə Abdullah ibn Həsənin də qatili olduğu sənədlərdə göstərilib. Abbas ibn Əlinin də qətlə yetirilməsində rol oynayıb. Sənədlərdə göstərilib ki, Abbas ibn Əlinin kəsilmiş başını Kufəyə aparan şəxsdir. İbn Əsir onu Əbu Bəkr ibn Həsənin qatili kimi qeyd edir.

İmam Səccadın duası Hərmələyə "Nahiyə" ziyarətində lənət edilib. Mədinəyə gedərək İmam Səccadla söhbət edən Minhal ibn Əmrin dediyinə görə, İmam Muxtarın qiyamı haqqında məlumat alıb, Kərbəla qatillərinin öldürülüb öldürülmədiyini soruşanda Hərmələ ibn Kahili də soruşub. Hərmələnin həyatda olduğunu eşidəndə belə buyurub: "Allahım, od və dəmirin istisini ona dadızdır".

Ölümü Hərmələ Muxtarın qiyamında həbs olunub və onun əmri ilə əl və ayaqları kəsilib. Minhal bin Amr Həcc ziyarətindən Kufəyə qayıdanda Hərmələnin ölüm səhnəsini yaxından görüb və İmam Səccadla görüşdüyünü, Hərmələyə qarğış etdiyini Muxtara bildirib.

Həmçinin bax Aşura günü

İstinadlar

Xarici linklər

Kateqoriya:Kərbəla döyüşü Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Uşaq qatilləri