Qatıq Muzeyi () – Bolqarıstanın Tran bələdiyyəsinə daxil olan Studen İzvor kəndində yerləşən muzey. Dünyada qatığa həsr olunmuş ilk və yeganə muzeydir.
Haqqında Muzey 29 iyun 2007-ci ildə açılıb. Muzeyin ikinci mərtəbəsində bolqar mikrobioloq Stamen Qriqova həsr olunmuş sərgi bölməsi var. Qriqov süddən qatıq almaq üçün istifadə olunan Lactobacillus bulgaricus bakteriyasını 1905-ci ildə kəşf etməsi ilə tanınır və Studen İzvor kəndi onun anadan olduğu yerdir.
Muzey ziyarətçiləri südün fermentasiya prosesi və spesifik dadının alınması haqqında məlumatlar edə bilərlər. Muzeyin birinci mərtəbəsi qatıq və digər süd məhsullarının hazırlanması və saxlanılması üçün istifadə olunan əşyalara həsr olunmuşdur. Bu əşyalar arasında daşımada istifadə olunan rukatka adlı gil qab, yağ almaqda istifadə olunan buçka da var. Birinci mərtəbədə Tran regionunda yaşayan qadınların ənənəvi geyimləri üçün sərgi təşkil olunmuşdur.
Muzeyin ikinci mərtəbəsi qatığın sənaye miqyasında istehsalına həsr olunmuş və burada süd istehsalı barədə məqalələr, modellər yerləşdirilmişdir. İkinci mərtəbədə bir çox informasiya lövhəsi quraşdırılıb. Bəzən muzeydə ziyarətçilərə yerli qatığın dadına baxmaq təklif olunur.
İstinadlar
Kateqoriya:Bolqarıstan muzeyləri Kateqoriya:Qida və içki muzeyləri Kateqoriya:Qatıq