Travel () – Cənubi Koreya qız qrupu Mamamoo tərəfindən buraxılmış 10-cu EP. 3 noyabr 2020-ci ildə RBW tərəfindən buraxılmış və Kakao M tərəfindən yayımlanmışdır. EP-ə 6 mahnı, eləcə də, "Dingga" və "Aya" sinqlları daxil edilmişdir.
Buraxılış 13 noyabr 2019-cu ildə qrup tərəfindən "Reality in Black" albomu qrupun ən çox satan albomu olmuşdur. Albomunun uğurundan sonra qrup üzvləri solo performanslara diqqətlərini ayırmışdılar. Nəhayət 6 oktyabr 2020-ci ildə rəsmi sosial şəbəkə hesabları vasitəsilə yeni EP-nin adı, üzlüyü və buraxılış tarixi açıqlanmışdır. 11 oktyabrda bir neçə şəkil və video tizerlər yayımlanmışdır. 20 oktyabrda EP-ə daxil olacaq "Dingga" sinqlı rəqəmsal şəkildə buraxılmış və musiqi videosu YouTube-a yüklənmişdir. EP həm fiziki, həm rəqəmsal olaraq 3 noyabr 2020-ci ildə tam şəkildə buraxılmışdır. İkinci sinq olan "Aya" sinqlı üçün musiqi videosu da yayımlanmışdır.
"Travel" EP-sinin yapon dilində olan versiyası 25 noyabr 2020-ci ildə anons edilmiş və 3 fevral 2021-ci ildə buraxılmışdır. Bu versiyaya "Dingga" və "Aya" sinqllarının yaponca versiyaları, eləcə də, "Just Believe in Love" adlı orijinal yaponca mahnı daxil edilmişdir.
Təbliğat 3 noyabr 2020-ci ildə qrupun "Monoloq" adlı 1 saatlıq verilişi Mnet musiqi kanalında yayımlanmışdır. Verilişdə qrup yeni EP-i tanıtmış və müsahibələr vermişdilər. Bundan əlavə, qrup "M Countdown", "Music Bank", "Show! Music Core", "Inkigayo" və "You Hee-yeol's Sketchbook" kimi verilişlərdə EP-ə daxil olan iki sinqlı ifa etmişdirlər.
Qəbul "Travel" 2020-ci ilin 45-ci həftəsində Gaon albomlar çartında 2-ci yerdə debüt etmişdir. Hanteo satış çartına əsasən buraxıldığı ilk gündə 101 min nüsxəsi satılmışdır. Bu, qrupun şəxsi rekordu kimi qeydə alınmışdır. Gaon albomlar çartının aylıq buraxılışında isə "Travel" 6-cı yerdə göstərilmiş və 164 min nüsxəsi satılmışdır. Beləliklə, qrup keçən il "Reality in Black" albomunun da rekordunu keçmişdir. 2021-ci ilin fevralına qədər albom Cənubi Koreyada 174 min, Yaponiyada isə 14,5 min nüsxə satmışdır.
Spotify platformasında 2021-ci ilin iyuluna kimi "Travel" 86 milyon dəfə dinlənmişdir. Rəsmi YouTube kanallarından isə 197 milyon baxış almışdır.
Trek siyahısı
Mükafatlar +Musiqi verilişi mükafatlarıMahnıVerilişKanalTarixİst."Aya"M CountdownMnet19 noyabr 2020 +Mükafat və nominasiyaİlMükafatLaureatKateqoriyaNəticəİst.2021Qızıl Disk MükafatıTravelAlbomlarSeul Musiqi Mükafatı"Dingga"Baş mükafat
İstinadlar
Kateqoriya:Mamamoo