Əqidə Manizadə — ABŞ-nin Vircinya ştatında yaşayan azərbaycanlı alim, Radford Universitetinin riyaziyyat və statistika fakültəsinin professoru, Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti, "Görkəmli professor" fəxri adının təltifçisi.

Təhsili Əqidə Manizadə 1992-ci ildə Bakı şəhəri 164 nömrəli orta məktəbi qızıl medalla, 1997-ci ildə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə isə Vilyam və Meri kollecində magistratura təhsilini tamamlayıb, 2006-cı ildə isə Virciniya Unversitetində doktor və alimlik dərəcəsini müdafiə edib.

Fəaliyyəti Əqidə Manizadə 2009-cu ildən indiyə kimi ABŞ-nin Radford Universitetində bakalavr və magistr pilləsində dərs deyir, elmi fəaliyyətlə məşğuldur.

Virciniya Təhsil Nazirliyinin dəstəyi ilə Riyaziyyat Müəllimlərinin Təkmilləşdirmə Mərkəzinin yaradıcısı kimi NASA alimləri və universitet professorları ilə Radford Universitetində NASA-2 İnstitutu yaradaraq, bir çox böyük layihələrin reallaşdırılmasında birbaşa iştirak edib. "Virginia Mathematics Teacher" jurnalının baş redaktoru vəzifəsini icra edir. Rəhbərliyi altında dərc olunan jurnal 2018-ci ildə Riyaziyyat Müəllimləri Milli Şurası tərəfindən ölkənin ən yaxşı jurnalı mükafatına layiq görülüb.

2021-ci ildə Vircinya ştatının Riyaziyyat Müəllimləri Şurasının Prezidenti seçilərək, ştat üzrə bütün dövlət və özəl universitetlərinin professor heyəti üçün ali mükafatı qazanıb. 35 elmi məqalənin müəllifidir.

Əqidə Manizadə 75-dən çox elmi konfransda riyaziyyat elminə dair məruzələrlə çıxışlar edib və bir sıra böyük layihələrin icraçısıdır.

Mükafatları "Görkəmli professor" fəxri adı təltif edilib Radford Universitetində professor təqaüdü (2013) Radford Universitetinin "Milyonçuları dairəsi" mükafatı (2014) "Əməkdar Yaradıcı-Tədqiqatçı" mükafatı (2017) "Dalton Görkəmli Alim" mükafatı (2019)

İstinadlar