Neretva 93 əməliyyatı — Bosniya və Herseqovina Respublikası Ordusunun (BHRO) 1993 -cü ilin sentyabrında Xorvatiya Müdafiə Şurasına (XMŞ) qarşı keçirdiyi hərbi əməliyyat. Əməliyyatın məqsədi xorvat qüvvələri tərəfindən mühasirəyə alınan və ciddi şəkildə dağıdılmış Mostarın Bosniya hissəsinin mühasirəsini sona çatdırmaq, həmçinin Xorvat Herseq-Bosna Respublikası tərəfindən nəzarət edilən Herseqovina bölgələrini geri qaytarmaq idi. Əməliyyat BHRO komandanlığı tərəfindən Qraboviça və Uzdolda xorvat mülki vətəndaşlar və əsirlərə qarşı qətliam törədilməsi haqqında məlumat yayılmasından sonra dayandırılmışdır.

İstinadlar

Kateqoriya:Bosniya müharibəsi