Aleksandr Fyodoroviç Myasnikov (əsl soyadı – Myasnikyan; təxəllüsü – Martuni; , ; ) — erməni mənşəli sovet dövlət və partiya xadimi, ədib.

İlk illəri Aleksandr Fyodoroviç Myasnikov 9 fevral 1886-cı ildə Rusiya imperiyasının Naxçıvan-na-Donu şəhərində anadan olmuşdur. O, 1906-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Myasnikov 1906–1909-cu illərdə Bakıda və 1912–1914-cü illərdə Moskvada inqilabi iş aparmış, 1914-cü ildə, Birinci Dünya müharibəsi zamanı orduya səfərbərliyə alınmışdır. O, 22 mart 1925-ci ildə Tiflis şəhəri yaxınlıqlarında təyyarə qəzasnda həlak olmuşdur.

Siyasi fəaliyyəti Myasnikov 1917-ci il fevral inqilabından sonra Qərb cəbhəsi cəbhə komitəsinin, Minsk şəhəri partiya komitəsinin üzvü olmuşdur. O, RSDF(b)P Şimal-qərb ilayəti Komitəsinin sədri, Qərb vilayəti HİK-nin üzvü olmuşdur. Myasnikov 1917-ci ilin yazından Qərb, 1918-ci ilin yayından Volqaboyu cəbhəsinin komandanı, 1919-cu ilin əvvəlində Belorusiya SSR MİK sədri, Belorusiya K(b)P Mərkəzi bürosunun sədri, 1920-ci ilin yayında Qərb cəbhəsi siyasi idarəsinin rəisi, 1921-ci ildə Ermənistan SSR XKS sədri və xalq hərbi işlər komissarı, 1922-ci ildən Zaqafqaziya SFSR İttifaq Sovetinin sədri, sonra RK(b)P Zaqafqaziya Ölkə Komitəsinin birinci katibi, eyni zamanda SSRİ HİŞ-in üzvü olmuşdur. Myasnikov SSRİ MİK Rəyasət Heyətinin üvü idi. RK(b)P-nin XII–XIII qurultaylarında MK üzvlüyünə namizəd seçilmişdir. O, Marksizm-leninizm nəzəriyyəsi, inqilabi hərəkat tarixi və erməni ədəbiyyatına dair əsərləri var.

İrsi Ermənistanda Myasnikovun təxəllüsü olan "Martuni" adını daşıyan bir şəhər mövcuddur. Sovet hakimiyyəti dövründə Azərbaycanın Xocavənd şəhərinə "Martuni" adı verilmişdir.

İstinadlar

Əlavə ədəbiyyat Салин Л. Жизнь, отданная народу / В кн.: Солдаты партии. — М., 1971. Мнацаканян А. Н. Беззаветное служение народу. — Ер., 1976. Шатирян М. А. Генерал, рожденный революцией: Повесть об Александре Мясникове (Мясникяне). — М.: Политиздат, 1977. — (Пламенные революционеры). — 430 с., ил. Залесский С. Пример революционной доблести (К 80-летию со дня рождения А. Ф. Мясникова). // Военно-исторический журнал. — 1966. — № 1. — С. 123–126.

Xarici keçidlər

Мясников Александр Фёдорович в Справочнике по истории Компартии и Советского Союза 1898–1991. Мясников Александр Федорович на сайте Хронос.

Kateqoriya:Ermənistan kommunistləri Kateqoriya:Ümum-Rusiya Müəssislər Məclisinin üzvləri Kateqoriya:Ermənistan inqilabçıları Kateqoriya:Birinci Dünya müharibəsində Rusiya hərbçiləri Kateqoriya:Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Diyar Komitəsinin birinci katibləri Kateqoriya:SSRİ Mərkəzi İcraiyyə Komitəsi Rəyasət Heyətinin üzvləri Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:Tbilisidə dəfn olunanlar Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Rusiya inqilabçıları Kateqoriya:Ermənistan SSR hökumət başçıları Kateqoriya:RK(b)P-nin XIII konfransının nümayəndələri Kateqoriya:Köhnə bolşeviklər Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin IX qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin VII qurultayının nümayəndələri Kateqoriya:Bakıya sürgün edilənlər Kateqoriya:RSDF(b)P-nin VI qurultayının nümayəndələri