Liquriya bayrağı () – İtaliyanın Liquriya regionunun rəsmi simvollarından biridir. 7 iyul 1997-ci ildə qəbul edilib.
Simvolizm Hər bir rəngin öz mənası var: Yaşıl rəng Liquriya Alplarını və Apennini simvolizə edir. Qırmızı rəng İtaliyanın birləşdirilməsi üçün tökülən qanları simvolizə edir. Göy rəng Liquriya dənizini simvolizə edir. Bayrağın ortasında Liquriyanın gerbi yerləşir. Karavella regionun ticarət və dənizçilik keçmişini təmsil edir. Onun üstündə Genuya Respublikasının və Genuya şəhərinin bayrağı yerləşir. Dörd ədəd altıguşəli ulduz isə Liquriyanın 4 əyalətini təmsil edir: Genuya, Spetsiya, İmperiya və Savona.
İstinadlar
Bayraq Kateqoriya:İtaliya bayraqları