Heyrətamiz Hörümçək-adam — Marvel Comics-in eyniadlı personajına həsr olunmuş qısa müddətli ABŞ teleserialı. Hörümçək-adam ilə əlaqəli ilk canlı-ekşn janrında olan teleserialdır və 14 sentyabr 1977-ci ildən 6 iyul 1979-cu ilə qədər yayımlanmışdır."Spider-Man on TV". IGN. Ziff Davis. May 3, 2007. Retrieved September 9, 2010. Serialın yüksək reytinqinə baxmayaraq, daha sonra CBS serialın süjetinə daxil olan 13 seriyanı silmişdir. Serialın ssenarisinin Nyu-Yorkda yazılmasına baxmayaraq, Los-Ancelesdə lentə alınmışdır.
Kastinq və personajlar Nikolas Hemmond – Piter Parker / Hörümçək-adam Devid Uayt (pilot) və Robert F. Simon (2-ci seriyadan) – Cey Cona Ceymson Çip Filds – Rita Konuey Maykl Petekay – Kapitan Barbera (mövsüm 1) İllen Bray – Culiya Mestrs (mövsüm 2)
thumb|right|Hörümçək-adam kastinqi
Həm teleserial, həm də komikslərdə görünən personajlar Piter Parker/Hörümçək-adam, Cey Cona Ceymson və Mey xaladır.Mangels, Andy (October 2010). "Spinning the Story of the Amazing Spider-Man". Back Issue!. TwoMorrows Publishing (44): 44–48. Coy "Robbi" Robertson da (Hilli Hiks) çox görünən personajdır, ancaq o pilot seriyalardakı çıxışları ilə məşhurdur. Ferli Stilluell, Marvel kainatından olan bir alimdir və ən çox Qurd adam görünüşündədir. Mey xalanın hər bir seriyadakı çıxışı müxtəlif aktrisalar tərəfindən canlandırılıb.
Hər təcəssümdə, Cey Cona Ceymson abraziv, hirsli bir şəxsiyyət kimi görünür və daha çox evunkulyar tərzdə təsvir olunur.
İstinadlar
Xarici Keçidlər
Heyrətamiz Hörümçək-adam Superheroes Lives-də Tobi Mekvayrın rol aldığı ilk Hörümçək Adam filmi haqqında 2002-ci ildə Nikolas Hemmond ilə reportaj
Kateqoriya:Macəra teleserialları Kateqoriya:İngiliscə filmlər Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Nyu-York şəhəri haqqında teleseriallar Kateqoriya:1979-cu ildə bitən ABŞ teleserialları