Jan-Mişel Sama Lukonde Kenge (; ) — 15 fevral 2021-ci ildə Konqo Demokratik Respublikasının Baş naziri seçilən keçmiş Katanqa Əyalətindən olan konqolu siyasətçi.
Həyatı Lukonde 4 avqust 1977-ci ildə Parisdə anadan olub və mühəndis təhsili alıb.
Prezident Feliks Çisekedi tərəfindən 2021-ci ilin fevralında Baş nazir təyin edildi.
Namizədliyindən öncə Afrikanın ən böyük mədən şirkətlərindən biri və Konqo Demokratik Respublikasının ən böyük şirkəti olan "Gécamines"-də baş direktoru idi. 2019-cu ilin iyun ayında Çisekedi tərəfindən bu vəzifəyə təyin edildi. Bu vəzifədən öncə eyni zamanda KMDYŞ-in Baş inzibatçısının müavini idi.
Lukonde eyni zamanda Milli Məclisdə ən gənc deputatlardan biri olub, Cozef Kabilanın prezidentliyi dövründə İdman və Gənclər Naziri vəzifələrində çalışıb.
Həmçinin bax
İstinadlar
Xarici keçidlər Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Mineraloqlar