Məhəmmədhüseyn xan Şəkili — Şirvanşahlar nəslindən olan Səfəvi sərkərdəsi.

Həyatı Məhəmmədhüseyn xan Səfəvi dövlətində hərbi və mülki vəzifələrdə xidmət etmiş sərkərdə olmuşdur. O, Şirvan bəylərbəyiliyinin Şəki əyalətinin hakimi kimi çalışmışdır. Bu zaman Səfəvi hökmdarı I Şah Abbas (1587-1629) idi.

Məhəmmədhüseyn xan Şəki hakimi I Şah Abbasın Kartli və Katexiyaya yürüşləri zamanı təyin olunmuşdur. Ata tərəfdə Şirvanşahlar nəslindən gələn Məhəmmədhüseyn xan həmçinin türk tayfalarından olan Zülqədər elinin başçısı kimi də fəaliyyət göstərmişdir. İraqda və Azərbaycanda yaşayan bu tayfanın başçısı olmuş Məhəmmədhüseyn xan ana tərəfdən bu tayfaya mənsub idi.

Məhəmmədhüseyn xan Gürcüstanda 1615-ci ildə Səfəvilər əleyhinə başlamış üsyan nəticəsində öldürülmüşdür.

İstinadlar

Mənbə

Kateqoriya:XVI əsrdə doğulanlar Kateqoriya:Şirvanşahlar Kateqoriya:Səfəvi sərkərdələri