Dabbe: Cin vurması — rejissoru və ssenari müəllifi Həsən Qaracadağ olan Türkiyə istehsalı qorxu filmi. Film Türkiyə kinoteatrlarında 422 747 tamaşaçı tərəfindən izlənilmişdir.

Hekayə Kübra xına gecəsində cinlərin hücumuna məruzqaldıqdan sonra bədəni cinlər tərəfindən ələ keçirilir. Qiblədərə kəndində baş verən bu hadisə ilk belə hadisə deyil. Keçmişdə dəfinə axtarışları zamanı müəmmalı bir hadisə baş vermişdir. Psixiatr Ebru Kübranın köhnə dostudur. Baş verən hadisədən sonra Kübranı müalicə etmək üçün yola düşür. Ebru müalicəni cin çıxartmaqla məşğul olan ən məşhur xocalarından biri olan cinçi Faruk Akat adlı şəxslə həyata keçirəcək. O, bu şəxsin seans zamanı Kübraya etdiklərini videoya çəkərək araşdırır. Dini və elmi həll yolları qarşı-qarşıya gəlir. İlk baxışda hər şey qaydasında görünsə də, keçmişdə baş vermiş lənətli hadisələr davam etməkdədir.

Aktyorlar və rollar Sultan Koroğlu — Qılınc İrmaq Örnek — Ebru Cansu Kurqun — Kübra Əli Murad Özgen — Faruk Akat Elçin Atamgüc Sabriyə Günüç Nil Günal Murad Seviş Pelin Acar

Xarici keçidlər

IMBd-də "Dabbe 4: Cin vurması"

İstinadlar Kateqoriya:Türkiyənin qorxu filmləri Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Netflix orijinal filmləri Kateqoriya:Bəddua haqqında filmlər Kateqoriya:2013-cü ilin qorxu filmləri Kateqoriya:Cin filmləri

Kateqoriya:Qorxu filmləri Kateqoriya:2010-cu illərin qorxu filmləri Kateqoriya:2013-cü ilin Türkiyə filmləri