Didye İv Droqba Tebili (; ) — Kot-d'İvuar futbolçusu, Türkiyənin Qalatasaray klubunun hücumçusu və Kot-d'İvuar milli futbol komandasının kapitanı. Kot-d'İvuar futbol tarixinin ən yaxşı bomdbardiri. Qolların cəminə görə isə bu komandanın tarixində 4-cü yerdədir. İngiltərə Premyer-liqasında 100 qol vuran ilk afrikalı futbolçuДрогба — первый африканский игрок, забивший 100 мячей в премьер-лиге .

Karyerası Didye Droqba 1978-ci il martın 11-də Kot-d'İvuarda anadan olub. "Tito" ləqəbli oğlan 5 yaşında ikən əmisi ilə birgə Fransaya gəlir.

Fransada futbolun sirlərinə yiyələnməyə başlayan "Tito" ilk peşəkar müqaviləsini 1998-ci ildə Le-Man klubu ilə bağlayır. Daha sonra Genqam klubuna transfer olunan Droqba 2003-cü ildə Olimpik Marsel klubuna keçir. Yeni klubunun heyətində 35 oyuna 18 qol vuran Droqba dünya futbolunda özündən söz etdirməyi bacarır. Bu uğur Çelsi klubunun baş məşqçisi Joze Maurinyonun da diqqətindən yayınmır. Beləliklə 2004-cü ildə Çelsi klubuna transfer olunur.

Droqbaya Fransa millisində oynamaq təklif olunsa da, o doğulduğu Kot-d'İvuarın yığmasında çıxış etməyə üstünlük verib və məhz buna görə də futbolçuya vətənində cəsur ürək ləqəbi veriblər.

2012-ci ilin qış transfer pəncərəsində o, Çelsi klubundan Türkiyənin Qalatasaray klubuna transfer olub.

Nailiyyətləri Afrikada 2006-cı, 2007-ci və 2008-ci illərdə ən yaxşı futbolçu adına layiq görülüb.

İstinadlar

Həmçinin bax

Droqba Droqba Droqba Droqba Droqba Kateqoriya:Çin Super Liqası futbolçuları Kateqoriya:2006 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2010 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:2012 Afrika Millətlər Kuboku futbolçuları Kateqoriya:2014 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:Birinci Diviziya/Premyer Liqa bombardirləri Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:Fransa Liqa 2 futbolçuları Kateqoriya:Fransada legioner Kot-d'İvuar idmançıları Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:Kot-d'İvuar milli futbol komandasının oyunçuları Kateqoriya:MLS futbolçuları Kateqoriya:Olimpik Marsel FK futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:Türkiyədə legioner Kot-d'İvuar idmançıları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:USL Çempionşip futbolçuları Kateqoriya:Legioner Kot-d'İvuar futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Çində legioner futbolçular Kateqoriya:Futbol hücumçuları